SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, nazirliyin yüzdən çox əməkdaşı iştirak etmişdir.
Səfər zamanı əməkdaşlar Muzeylə tanış olmuşlar. Mərkəzin modern üslubu ilə həmahəng dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət Muzeydə ümummilli lider Heydər Əliyevin hər bir insan üçün örnək olan həyatı və fəaliyyətinə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur.
Ziyarət zamanı əməkdaşlar Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini, dövlət quruculuğu sahəsində göstərdiyi əvəzolunmaz xidmətləri və mənalı ömür yolunu əks etdirən unikal eksponatlar və sənədlərlə tanış olmuşlar.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyətin inkişafı, azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi sahəsində xidmətləri barədə danışmışdır.
O, qeyd etmişdir ki, son 12 ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, Azərbaycanın dinamik inkişaf modelinə uyğun təhsilin inkişafı ilə bağlı dövlət proqramları və layihələr uğurla həyata keçirilmişdir. Nazir müavini vurğulamışdır ki, Muzeylə tanışlıq bir daha təsdiq edir ki, Heydər Əliyev irsi qiymətli bir xəzinədir, illər keçəçək, nəsillər bir-birini əvəz edəcək, gələcək nəsillər tariximizin bu şanlı səhifələrini vərəqlədikcə, onun müəllifini həmişə xatırlayacaq, minnətdarlıqla yad edəcəklər. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs və yaratdığı etibarlı baza, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və nəzərdə tutulan inkişaf strategiyası Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır.
Firudin Qurbanov çıxışında ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunmuş, Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və “Təhsilə dəstək” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və nailiyyətlər barədə məlumat vermişdir.
Ziyarət zamanı yadda qalan hadisələrdən biri də Təhsil Nazirliyinin 12 nəfər gənc əməkdaşının Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilməsi olmuşdur. Bu, Heydər Əliyev Mərkəzində Muzeydə keçirilən ilk belə tədbir olmuşdur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl