SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 19-da “Palace Oteli”ndə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Konfransı giriş nitqi ilə təhsil naziri Misir Mərdanov açıb. Nazir müvafiq Dövlət Proqramının əhəmiyyətindən, onun həyata keçirilməsi istiqamətində görülən işlərdən, dövlət qurumları, həmçinin beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan danışıb. Nazir eyni zamanda proqramın icrası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən söz açıb.
Misir Mərdanov bildirib ki, qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi nəzdində yaradılmış İşçi Qrup 2007-ci ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları və YUNİSEF-in ekspertləri ilə birgə 55 dövlət uşaq müəssisəsində sorğular keçirib. Toplanmış məlumatlar isə xüsusi kompüter proqramına işlənib, müəssisələrin və orada yaşayan uşaqların qiymətləndirilməsi aparılıb.
Konfransda o da qeyd olunub ki, İşçi Qrup həmin qiymətləndirmə əsasında YUNİSEF-in beynəlxalq ekspertləri ilə birgə dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlayıb. Baş Plan növbəti 5 ili əhatə edəcək. İlkin layihəyə əsasən, növbəti 1 il ərzində 12 müəssisənin ümumtəhsil məktəbinə, lisey və ya gimnaziyaya çevrilməsi planlaşdırılır. Növbəti 3 il ərzində 20, 5 ilə isə 23 müəssisədə transformasiya planının həyata keçirilməsi nəzərdə tutulur. Həmin müəssisələr yerli ehtiyac və imkanlardan asılı olaraq, təhsil müəssisəsinə, yaxud günərzi qayğı mərkəzinə çevriləcək.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hacı Rəcəbli çıxış edərək Dövlət Proqramının həyata keçirilməsində Təhsil Nazirliyinin digər dövlət qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirib. H.Rəcəbli proqramın həyata keçirilməsi ilə bağlı hazırlanmış layihə ilə yanaşı, digər təklif və fikirlərin də öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.
Konfransda Nazirlər Kabinetinin şöbə müdiri Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami, “Uşaqların xilası” təşkilatının rəhbəri Cef Cakomini, Dövlət Proqramı üzrə yaradılan İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva və digər şəxslər çıxış ediblər.
Sonda Misir Mərdanov yekun nitqi ilə çıxış edib. Nazir öz çıxışında YUNİSEF-lə əməkdaşlıqdan razı qaldığını, birgə əlaqələrin uğurlu nəticələrini qeyd edib. Eyni zamanda nazir konfransın materiallarının kitabça şəklində çap olunub yerlərə çatdırılmasını tövsiyə edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl