• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 25-də Bakıda Asiya İnkişaf Bankının (AİB) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ikigünlük regional təhsil konfransı işə başlayıb.

 “12 illik təhsil sistemini dəstəkləyən innovasiya strategiyası” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Kanadanın uşaq və gənclər xidməti naziri müavininin köməkçisi Aryeh Giterman, Birləşmiş Ərəb Əmirliklərinin Elm və İnsan İnkişafı Komitəsi Direktorlar Şurasının sədri Abdulla əl-Kərəm, Türkmənistan Milli Təhsil İnstitunun direktoru Bayram Başimov, həmçinin dünyanın bir sıra digər ölkələrindən olan tanınmış elm adamları və təhsil mütəxəssisləri iştirak ediblər. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında 12 illik təhsil sisteminə keçid məsələsi də öz əksini tapıb. Nazir 12 illik təhsil sisteminə keçidin mexaniki bir dəyişiklik olmadığını, burada bir çox amillərin nəzərə alınmasının vacib olduğunu vurğulayıb. Mikayıl Cabbarov qeyd edib ki, təhsil sisteminin əsas hədəfi əmək bazarı üçün rəqabətliliyi artırmaq, bunun üçün şagirdləri, gənc nəsli və vətəndaşları daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar verməkdir. Bu məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onun müasir dünya standartları səviyyəsinə çatdırılması və təhsilin məzmununun, metodikasının təkmilləşdirilməsi vacibdir. Bu baxımdan 12 illik təhsilə keçid məsələsi ciddi müzakirələrin aparılmasını tələb edir.  Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi təhsillə bağlı geniş müzakirələrin aparılmasını təqdir edərək hər bir ölkənin inkişafında təhsilin mühüm rol oynadığını qeyd edib.  Çıxışlardan sonra təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə 12 illik təhsil sisteminə keçidə dair müzakirələr aparılıb. Konfrans zamanı ölkəmizin təhsil sistemi təhlil olunub. Ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar. Müzakirələr zamanı vurğulanıb ki, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını planlaşdırır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşına qədər icbari təhsili müddəası yer alıb. Qeyd edək ki, bu yaxınlarda AİB-in Azərbaycanda keçirilmiş 48-ci illik toplantısında Asiya-Sakit okean regionunda inklüziv artım və innovasiyanın möhkəmləndirilməsinin vacibliyi geniş müzakirə olunub. Nəzərə çatdırılıb ki, insan kapitalının inkişaf etdirilməsi bu baxımdan mühüm amildir. 2 günlük konfrans panellər üzrə işini davam etdirəcək.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.

Bu kütləvi idman tədbirləri çərçivəsində Qazax rayonunda boks idman növü üzrə zona yarışı keçirilib. Qazax Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Tovuz, Şəmkir, Daşkəsən, Qazax, Tərtər, Kəlbəcər, Goranboy, Bərdə rayonlarının və Naftalan, Mingəçevir, Gəncə şəhərlərinin100-ə yaxın boksçusu 15 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Qazax, 3-cü yeri Tərtər rayonunun komandaları tutub. Daha bir idman yarışı Şəki Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında stolüstü tennis idman növü üzrə zona yarışı keçirilib. 9 komanda üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışda komanda hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şəki, 3-cü yeri Qax, qızlar arasında 1-ci yeri Şəki, 2-ci yeri Ağdaş, 3-cü yeri Qax rayonunun komandaları tutub. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.

Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin baxış konserti keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən konsertdə 30 nümunəvi çıxış nümayiş olunub. Konsertin keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkilində, onların istedadlarının üzə çıxarılmasında xüsusi rolu olan uşaq yaradıcılıq mərkəzlərinin gördüyü işlər haqqında hesabat vermək, istedadlı uşaqların həmin mərkəzlərə cəlb edilməsinə stimul yaratmaqdan ibarətdir. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov və Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Yol Polisi İdarəsinin nümayəndələri iştirak ediblər. Konsertdə iştirak edən 300 nəfərdən çox uşağın biri-birindən maraqlı çıxışları qonaqların marağına səbəb olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimizin Fransa ali məktəblərində təhsil alması üçün Təhsil Nazirliyi Fransada Orta və Ali təhsilin Təşkili Mərkəzi (KNOUS) ilə birgə müvafiq işlər həyata keçirib.

Məlumat üçün bildiririk ki, bu təşkilat dünyanın 130-dan artıq ölkəsindən olan tələbələrin Fransa ali məktəblərində təhsilini təşkil edir. Təşkilatın əsas funksiyası xarici vətəndaşların qəbul edilərək yaşayış yeri ilə təmin olunması, onlar üçün ödənilmiş təqaüdlərin paylanılması, xarici tələbələrin dil kurslarında və universitetlərdə yerləşdirilməsini təmin etməkdən ibarətdir. 2007-ci ilin yayında müvafiq Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyi ilə KNOUS təşkilatı arasında Saziş imzalanıb. Sazişin şərtlərinə görə bu təşkilat Fransanın Bakıdakı səfirliyi ilə birgə orada təhsil almaq üçün göndəriləcək vətəndaşların ilkin seçim mərhələsini, eyni zamanda azərbaycanlı tələbələrin Fransada qarşılanması, dil kurslarında və universitetlərdə yerləşdirilməsi, yaşayış yerləri ilə təmin olunmasını həyata keçirir, həmçinin onların təqaüdlərini idarə edir. Qeyd olunan Dövlət Proqramı çərçivəsində 2007-ci ildə 13, 2008-ci ildə isə 27 azərbaycanlı gənc Fransada təhsil almaq üçün həmin ölkəyə göndərilib.

Təhsil Nazirliyinin İlk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən respublika ifa müsabiqəsinin yekun tədbiri keçirilib.

Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunmuş tədbirdə müsabiqə qalibləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Müsabiqənin keçirilməsində əsas məqsəd ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtlarının səmərəli keçirməsini təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, onların ifa mədəniyyətinin inkişafına təkan vermək, Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, gənc nəslin milli-mənəvi, estetik tərbiyəsini yüksəltməkdən ibarətdir. Xatırladaq ki, müsabiqənin nəticələrinə əsasən, 21 nəfər I, 13 nəfər II, 10 nəfər III yeri tutub, 8 nəfər isə müsabiqənin fəal iştirakçısı adına layiq görülüb.

Mayın 26-da Təhsil Nazirliyi və Mərkəzi Bankın birgə təşkilatçılığı ilə “Həyat bilgisi və maliyyə savadlılığı”, “Bu günün qənaəti sabahın təminatıdır” mövzularında keçirilmiş respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqələrin keçirilməsində məqsəd şagird və müəllimlər tərəfindən maliyyə savadlılığı mövzusunda elektron təhsil resursları, pul yığımı və qənaətcilliklə bağlı qısametrajlı filmlərin hazırlanması və bu yolla onların maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasıdır. Müsabiqələr “Maliyyə savadlılığına aid ən yaxşı resurs” və “Şagirdin məqsədli qənaəti” nominasiyaları üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilib. Müsabiqələrin I mərhələsinə ümumilikdə 223 iş təqdim olunub. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, həmçinin Mərkəzi Bankın nümayəndələri, ümumi təhsil müəssisələrinin müəllimləri, şagirdlər iştirak ediblər. Ceyhun Bayramov çıxışında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, qloballaşan dünyada insanın özünü təsdiq etməsi, müasir zaman tələblərinə cavab verməsi üçün praktiki bilik və səriştəyə yiyələnməsi zəruridir. İstedadlı uşaqların erkən yaşdan müəyyən olunması və onların qayğı ilə əhatə edilməsinin vacibliyindən danışan Ceyhun Bayramov təhsil islahatlarında bu amilin nəzərə alındığını qeyd edib. Sonra çıxış edənlər hər iki müsabiqənin şagird və müəllimlərin maliyyə savadlılığının artırılmasına müsbət təsiri barədə fikirlərini açıqlayıblar. Sonda qaliblərə mükafatlar təqdim olunub.

Böyük Britaniyanın Qlazqo Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

 “Qlazqo” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan gecəsində baş tutan təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Qlazqo Universitetində Maliyyə İqtisadiyyatı üzrə magistr təhsil alan Mehman İsmayıllı tərəfindən həyata keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Türkiyə, Çin Xalq Respublikası, Rusiya, Almaniya, İsrail, Fransa, ABŞ və İtaliyadan olan 70-dən çox tələbə iştirak edib. Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya idman növü olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx iştirakçıların nəzərinə çatdırılıb.

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində akrobatika, Xaçmazda badminton idman növü üzrə zona yarışları keçirilib.

Bakı şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika məktəbində keçirilən yarışa paytaxtın rayonlarından 100 nəfərə yaxın məktəbli qatılıb. Tədbirin açılış hissəsində idmançılar müxtəlif proqramlarla nümunəvi çıxışlar ediblər. Akrobatika gimnastikasının müxtəlif növləri üzrə keçirilən yarışda komanda hesabında 1-ci yeri Nərimanov, 2-ci yeri Sabunçu, 3-cü yeri Səbail rayonunun komandaları tutublar. Xaçmaz Olimpiya İdman Kompleksində isə məktəblilər arasında badminton idman növü üzrə zona yarışı keçirilib. Qalib adı uğrunda mübarizəyə Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarından və Sumqayıt şəhərindən 100 nəfərə yaxın məktəbli qatılıb. Komanda hesabında 1-ci yeri Qusar, 2-ci yeri Şabran, 3-cü yeri Xaçmaz rayonunun komandaları tutublar. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.

Mayın 26-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi ali təhsil müəssisələri arasında futbol üzrə “Təhsil Kuboku” yarışının final mərhələsi keçirilib.

Finala Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Tibb Universitetinin, Milli Aviasiya Akademiyasının və Gəncə Dövlət Universitetininkomandaları vəsiqə qazanıblar. Final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Tibb Universitetinin komandası ilə, 3-cü yer uğrunda isə Milli Aviasiya Akademiyasının komandası Gəncə Dövlət Universitetininkomandası ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticələrinə əsasən “Təhsil Kuboku”nun sahibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub. İkinci yeri Azərbaycan Tibb Universitetinin, üçüncü yeri Milli Aviasiya Akademiyasının komandası tutub. Mükafatlandırılma mərasimində iştirak edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov yarışda ilk 3 yeri tutan komandalara kubok, medal və qiymətli hədiyyələri təqdim ediblər. Xatırladaq ki, Olimpiya sistemi üzrə keçirilən yarışlara 31 ali təhsil müəssisəsinin komandası qatılıb. Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, 2015-ci ildə ölkəmizdə keçiriləcək “Bakı 2015” I Avropa Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə istiqamətləndirmək, tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasına, gənclərdən ibarət yığma komandaya namizədlər seçmək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.

"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində çimərlik futbolu idman növü üzrə zona yarışı keçirilib.

"Amburan" istirahət mərkəzinin çimərlik futbolu meydançasında keçirilən zona yarışında Bakı şəhəri üzrə 12 rayonun komandaları birincilik uğrunda mübarizə aparıblar. Komanda hesabında 1-ci yeri Nəsimi, 2-ci yeri Binəqədi, 3-cü yeri Qaradağ rayonunun komandaları tutublar. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı