SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Böyük Britaniyanın Qlazqo Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.
“Qlazqo” Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan gecəsində baş tutan təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Qlazqo Universitetində Maliyyə İqtisadiyyatı üzrə magistr təhsil alan Mehman İsmayıllı tərəfindən həyata keçirilib. Tədbirdə həmyerlilərimizlə yanaşı, Türkiyə, Çin Xalq Respublikası, Rusiya, Almaniya, İsrail, Fransa, ABŞ və İtaliyadan olan 70-dən çox tələbə iştirak edib.
Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya idman növü olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi haqqında məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx iştirakçıların nəzərinə çatdırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl