SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə təşkil etdiyi ali təhsil müəssisələri arasında futbol üzrə “Təhsil Kuboku” yarışının final mərhələsi keçirilib.
Finala Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Tibb Universitetinin, Milli Aviasiya Akademiyasının və Gəncə Dövlət Universitetininkomandaları vəsiqə qazanıblar. Final oyununda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Tibb Universitetinin komandası ilə, 3-cü yer uğrunda isə Milli Aviasiya Akademiyasının komandası Gəncə Dövlət Universitetininkomandası ilə qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticələrinə əsasən “Təhsil Kuboku”nun sahibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub. İkinci yeri Azərbaycan Tibb Universitetinin, üçüncü yeri Milli Aviasiya Akademiyasının komandası tutub.
Mükafatlandırılma mərasimində iştirak edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov yarışda ilk 3 yeri tutan komandalara kubok, medal və qiymətli hədiyyələri təqdim ediblər.
Xatırladaq ki, Olimpiya sistemi üzrə keçirilən yarışlara 31 ali təhsil müəssisəsinin komandası qatılıb.
Yarışın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, 2015-ci ildə ölkəmizdə keçiriləcək “Bakı 2015” I Avropa Oyunlarını təbliğ etmək, tələbələri sağlam həyat tərzinə istiqamətləndirmək, tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasına, gənclərdən ibarət yığma komandaya namizədlər seçmək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl