SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.
Bu kütləvi idman tədbirləri çərçivəsində Qazax rayonunda boks idman növü üzrə zona yarışı keçirilib. Qazax Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Tovuz, Şəmkir, Daşkəsən, Qazax, Tərtər, Kəlbəcər, Goranboy, Bərdə rayonlarının və Naftalan, Mingəçevir, Gəncə şəhərlərinin100-ə yaxın boksçusu 15 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıb.
Komanda hesabında 1-ci yeri Gəncə şəhərinin, 2-ci yeri Qazax, 3-cü yeri Tərtər rayonunun komandaları tutub.
Daha bir idman yarışı Şəki Olimpiya İdman Kompleksində baş tutub. Burada məktəblilər arasında stolüstü tennis idman növü üzrə zona yarışı keçirilib. 9 komanda üzrə 100-dən çox idmançının mübarizə apardığı yarışda komanda hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şəki, 3-cü yeri Qax, qızlar arasında 1-ci yeri Şəki, 2-ci yeri Ağdaş, 3-cü yeri Qax rayonunun komandaları tutub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl