• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 20-də 276 nömrəli tam orta məktəbdə İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.

Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib. 
3320 müəllim və inzibati heyət arasında keçirilən diaqnostik qiymətləndirmədə 519 nəfər müvəffəqiyyət qazanıb. Digərləri isə İKT savadlılığının artırılması üzrə yuxarıda qeyd olunan təlimlərə cəlb olunub. 
Təlimlərin sonunda 742 nəfər müəllim və inzibati heyət yekun qiymətləndirmədə iştirak edib. Onlardan 584 nəfəri yekun imtahanlardan müvəffəqiyyətlə keçərək sertifikat, kompüter və prometan lövhələrlə mükafatlandırılıb.
Ümumiyyətlə diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görülüb.


10 il əvvəl