SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Niderlandda 40 ölkənin tələbələrinə Avropa Oyunlarının təqdimatı keçirilib
Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib. Təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində bu universitetin Beynəlxalq Biznesin İdarəolunması və Beynəlxalq İqtisadiyyat və Biznes fakültələrində təhsil alan Yusif Əzimov və Toğrul Eyvazovun təşəbbüsü ilə təşkil olunub. Təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, Çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, Çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Viyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib.
Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı qızıl medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. İştirakçılara Azərbaycan, onun tarixi və dəyərləri, eləcə də burada Oyunlar zamanı turistlər üçün yaradılacaq imkanlar haqqında məlumat verildiyi təqdimat iştirakçılarla fikir mübadiləsi ilə davam edib. İştirakçıların Avropa Oyunları ilə bağlı sualları cavablandırılıb və Avropa Oyunları iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl