• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 21-də Sabunçu rayonu 252 nömrəli tam orta məktəbdə “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlərdə yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri və inzibati heyət işçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Sabunçu və Suraxanı rayonları üzrə 228 nəfər ibtidai sinif müəllimi və inzibati heyət işçisinə sertifikat verilib. Bunlardan yüksək bal toplayan 134 nəfər isə həmçinin, kompüterlə təltif olunub.
Ümumilikdə, sertifikat və kompüterlə təltif olunan iştirakçılardan 111 nəfəri ibtidai sinif müəllimi, 117 nəfəri isə inzibati heyət işçisidir.


10 il əvvəl