SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.
Bu tədbirlər çərçivəsində Hövsan Olimpiya İdman Kompleksində məktəblilər arasında boks idman növü üzrə zona yarışı keçirilib. Yarışda 100-dən artıq boksçu 15 çəki dərəcəsində mübarizə aparıb. Komanda hesabında Nərimanov rayonunun təmsilçiləri üstünlük əldə ediblər.
Şirvan şəhərində isə atletika idman növü üzrə zona yarışı keçirilib. Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş yarışda Şirvan şəhərinin, Hacıqabul, Saatlı, Kürdəmir, İmişli, Füzuli, Sabirabad, Ucar, Beyləqan, Ağcabədi, Zərdab və Laçın rayonunun məktəbliləri mübarizə aparıblar.
Sabirabad Olimpiya İdman Kompleksində voleybol idman növü üzrə keçirilən zona yarışında Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Laçın, Xocavənd rayonlarının və Şirvan şəhərinin komandaları mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Saatlı, 2-ci yeri Kürdəmir, 3-cü yeri isə Ucar rayonunun komandaları tutublar.
Daha bir zona yarışı cüdo idman növü üzrə Şağan Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Bakı şəhərinin rayonları üzrə 149 məktəbli iştirak edib. Komanda hesabında 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri Nərimanov rayonunun komandaları tutub.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.
Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, idman federasiyalarının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl