SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakıda YUNESKO-nun Assosiativ Məktəblər şəbəkəsinə üzv olan Azərbaycan və Rusiya məktəb direktorlarının “Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda regional seminarı keçirilib.
İkigünlük seminarın işində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Dmitri Panin, həmçinin Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, rusiyalı mütəxəssislər, Bakı və Sumqayıtdakı 11 assosiativ məktəbin nümayəndəsi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun əməkdaşları iştirak ediblər.
Tədbirdə yerli və əcnəbi mütəxəssislərin çıxışları dinlənilib, təqdimatlar ətrafında müzakirələr aparılıb, birgə layihələrin həyata keçirilməsi yolları təklif edilib.
Moskva nümayəndə heyətinin rəhbəri Yuri Qoryaçev Moskva Açıq Təhsil İnstitutunun YUNESKO kafedrasının Bakı Slavyan Universiteti ilə əməkdaşlıq perspektivləri barədə danışıb. Məruzə və çıxışlarda mədəniyyətlərarası dialoq və əməkdaşlığın inkişafı problemləri müzakirə olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl