• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Bakı-2015" I Avropa Oyunlarının Proqramına daxil edilmliş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində Bakıda velosiped üzrə növbəti zona yarışı keçirilib.

Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dənizkənarı Milli Parkda təşkil olunmuş yarışın açılış mərasimində bildirilib ki, bu idman tədbiri Təhsil Nazirliyinin “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika) məktəblilər arasında təşkil etdiyi zona yarışları çərçivəsində baş tutub. Yarış Bakı şəhərinin rayonları üzrə 3 yaş kateqoriyasından olan məktəbli oğlan və qızlar arasında təşkil olunub.
100-dək velosipedçinin qatıldığı yarışda oğlanlar arasında 2003-2004-cü il yaş qrupları üzrə 1-ci və 2-ci yerləri Xətai, 3-cü yeri Nərimanov, 2001-2002-ci il yaş qrupları üzrə 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Nizami, 2000-ci il yaş qrupları üzrə 1-ci yeri Xətai, 2-ci və 3-cü yerləri Binəqədi, qızlar arasında 1-ci və 3-cü yerləri Xətai, 2-ci yeri isə Nizami rayonunun məktəbliləri tutub.
Qaliblər diplom və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub.


10 il əvvəl