• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş zona yarışları davam edir.

Bu idman tədbiri çərçivəsində növbəti zona yarışları Bakı və Şirvan şəhərlərində keçirilib.
Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə basketbol idman növü üzrə keçirilən zona yarışında Şuşa, Zəngilan və Bakının 12 rayonunun komandaları mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Nizami, 2-ci yeri Sabunçu, 3-cü yeri Yasamal rayonunun komandaları tutub.
 Şirvan Olimpiya İdman Kompleksində stolüstü tennis idman növü üzrə keçirilən yarışda Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Laçın, Xocavənd rayonlarından və Şirvan şəhərindən 18 komanda mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 2-ci yerləri Şirvan şəhərinin, III yeri Beyləqan rayonunun, qızlar arasında 1-ci və 2-ci yerləri Şirvan şəhərinin, 3-cü yeri Hacıqabul rayonunun komandaları tutublar.
 Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.
Yarışların media təmsilçisi www.qafqazinfo.az internet qəzetidir.


10 il əvvəl