SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan şagirdləri Məktəblilərin Şahmat üzrə Dünya Çempionatının qalibi olub.
Tailandın Pattaya şəhərində keçirilən çempionatda dünyanın 34 ölkəsindən 7-17 yaş arası məktəblilər iştirak edib.
Azərbaycanı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 12 şahmatçısından ibarət komandası təmsil edib. Bu komandanın üzvləri ötən ilin sonunda keçirilmiş Respublika Çempionatının final mərhələsinin müxtəlif yaş qrupları üzrə qaliblərindən ibarətdir.
Yarışın nəticələrinə əsasən, şahmatçımız Leyla Budaqova 7 yaşadək qızlar arasında klassik şahmat və blits üzrə 2 qızıl medal, Şəhriyar İsgəndərov 15 yaşadək oğlanlar arasında blits üzrə qızıl medal, Murad İbrahimli 13 yaşadək oğlanlar arasında blits üzrə qızıl medal qazanıb. Beləliklə, Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında 2-ci yerə layiq görülüblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl