SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da Avropa otelində “Yaşlıların peşə təhsili: problemlər və perspektivlər” mövzusunda milli konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd müasir cəmiyyətdə hər bir vətəndaşın iştirakına, peşə, sosial və mədəni tələbatlarını ödəyən yaşlıların təhsili üzrə effektiv sistemin yaradılmasına və inkişaf etdirilməsinə kömək etməkdir.
Konfransda çıxış edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov ölkəmizdə yaşlıların təhsili ilə bağlı məlumatların azlığı məsələsinə toxunub və bu istiqamətdə lazımi tədbirlər görülməsinin əhəmiyyətini qeyd edib. İ. İsgəndərov yaşlıların təhsili ilə əlaqədar dünya təcrübəsindən də danışıb. Nazir müavini bu mövzu ilə bağlı ictimaiyyətin maarifləndirmə işinin aparılmasını xüsusilə vacib sayıb.
İ.İsgəndərov ölkə Prezidentinin təsdiq etdiyi peşə təhsilinin inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işləri diqqətə çatdırıb və hazırda həmin proqramın müddəalarına əsasən lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Sonda mövzu ilə bağlı məruzələr dinlənilib, həlli vacib olan təkliflər səslənib.
Onu da qeyd edək ki, tədbir Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun (DVV İnternational) maliyyə, Təhsil Nazirliyi və Yaşlıların Peşə Təhsili Assosiasiyasının təşkilatı dəstəyi ilə həyata keçirilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl