SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının IV Beynəlxalq festival-müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Kainat" Gənclik Mərkəzinin layihəsi olan müsabiqə İSESKO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilir. Builki müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi çərçivəsində təşkil olunub. Yarışmada Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Başqırdıstan), Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və İndoneziyadan 52 gənc ifaçı iştirak edib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənc nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından, artıq ənənəyə çevrilən festival-müsabiqələrin əhəmiyyətindən danışıb: "Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan beynəlxalq festivallara, müsabiqələrə, forumlara ev sahibliyi edir. İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq festivalı da müsəlman ölkələrinin mədəni əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir".
Təşkilat komitəsinin sədri, "Kainat" Gənclər Mərkəzinin rəhbəri Rahib Rəsulzadə layihənin coğrafiyasının ildən-ilə genişləndiyini bildirib. Qeyd olunub ki, beynəlxalq müsabiqə iki yaş qrupunda (15 yaşadək və 15-20 yaş arası) keçirilir. İştirakçılar üçün şərtlərdən biri də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməkdir.
Sonra hər iştirakçı ölkədən bir nəfərin təmsil olunduğu münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
15 yaşadək qrupda fortepiano nominasiyası üzrə 1-ci yerə Nataliya Lem (Özbəkistan), 2-ci yerə Fidan Tağıyeva (Azərbaycan), 3-cü yerə Timur Mirəhmədov (Özbəkistan) layiq görülüblər. Orkestr nominasiyası üzrə Amonbek Rixsinboyev (Özbəkistan), Şamil Səlimov (Azərbaycan) və Asadbek Xalimcanov (Özbəkistan) müvafiq olaraq 1-3-cü yerlərə sahib olublar.
Böyük yaş qrupunda fortepiano nominasiyasında 1-ci yerə Günel Rizvanova, 2-ci yerə Cavid Əzizov, 3-cü yerə Arzu Əsgərli (hər üçü Azərbaycan) layiq görülüb. Orkestr nominasiyası üzrə Süleyman Eyyubov (Azərbaycan) 1-ci, Samat Meditov (Başqırdıstan) 2-ci, Alpamıs Bissenqalıyev (Qazaxıstan) 3-cü yeri tutub. Virtuoz ifasına görə Mehman Səlimov (Azərbaycan) Bakı Musiqi Akademiyasının təsis etdiyi xüsusi diplom və hədiyyə ilə təltif olunub.
Festivalın qaydalarına uyğun olaraq, ən kiçikyaşlı ifaçı nominasiyası üzrə diplom və mükafat Özbəkistandan Mahigül Nizomovaya (10 yaş) təqdim edilib. Festivalın baş mükafatını (Qran pri) isə Ankara Konservatoriyasının tələbəsi Melisa Buyukörü (Türkiyə) qazanıb.
Müsabiqənin iştirakçılarına həmçinin, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin mükafatları təqdim olunub.
Tədbir IV Beynəlxalq festival-müsabiqəsi qaliblərinin konsert proqramı ilə başa çatıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl