• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 18-də Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib.

Əsas məqsədi şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması və istedadlıların üzə çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir.
Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi 3 gün ərzində Kempinski Badamdar hotelində qalacaqlar və asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub.
Əvvəlki illərdən fərqli olaraq, bu il fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.
Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək.
İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları  şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
 


10 il əvvəl