SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 16-da Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Nümayəndə heyəti öncə K.Kərimov adına 157 saylı etnomədəni Azərbaycan komponentli orta məktəbi ziyarət edib.
Məktəbin direktoru E.İsmayılova təhsil müəssisəsinin tarixi və hazırki fəaliyyəti haqqında məlumat verərək, məktəbdə təhsil alan şagirdlərin 30-a yaxın etnik qrupu təmsil etdiyini bildirib.
Daha sonra nümayəndə heyəti məktəbin muzeyi, kitabxanası ilə tanış olub, dərs zamanı bir neçə sinfi ziyarət edərək şagird və müəllim heyəti ilə görüşüb.
Şagirdlər Azərbaycan dilində şeirlər, mahnılar səsləndirib və milli rəqslər nümayiş etdirib.
C.Bayramov məktəbin direktoruna, müəllim və şagird heyətinə öz təşəkkürünü bildirib, təhsil müəssisəsinin Azərbaycan və rus dillərinin tədrisində və Azərbaycan mədəniyyətinin qorunub saxlanması sahəsindəki fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycan nümayəndə heyəti adından məktəbə xatirə hədiyyələri təqdim olunub.
Həmin gün nümayəndə heyəti Rusiyanın Elm və Təhsil Sahəsinə Nəzarət üzrə Federal Agentliyində işçi görüş keçirib.
Görüşdə hər iki ölkədə təhsil müəssisələrinin standartları sahəsində aparılan islahatlar və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub. Tərəflər işçi səviyyədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini də vurğulayıb.
Aprelin 17-də nümayəndə heyəti Rusiyanın təhsil və elm nazirinin müavini V.Kaqanov və Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbərinin müavini L.Yefremova ilə birgə görüş keçirib.
Tərəflər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, tələbə mübadiləsi, müəllim hazırlığı və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər.
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradov və Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin rektoru Y.Kuzminov iki universitet arasında “Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalayıblar.
Bu sənəd Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ali İqtisadiyyat Məktəbi ilə tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi və digər sahələrdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl