SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibinin müavini Sərxan Hacıyev və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil etdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660 nəfər VIII sinif şagirdi qatılıb.
Çempionatın məqsədi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və mini futbolun inkişafına dəstək verməkdən ibarətdir.
Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan yığma komandasının oyunçusu Elvin Məmmədov gənc futbolçuları təbrik edərək onlara peşəkar idmanda uğurlar arzulayıb.
Yarışın nəticələrinə əsasən, I yeri 200 nömrəli tam orta məktəbin, II yeri 277 nömrəli idman təmayüllü tam orta məktəbin, III yeri isə 96 nömrəli tam orta məktəbin komandası tutub.
Qaliblərə kubok, medal və diplom təqdim olunub. Komandalar Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl