SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü ilə Bakı Modern Məktəbində yaşıllaşdırma aksiyası keçirilib.
Aksiyanın məqsədi məktəbdə yaşıllıq sahəsini genişləndirməklə yanaşı, şagirdlərə bitkilərin qorunması və artırılması barədə ekoloji biliklərin və bacarıqların aşılanmasıdır.
Məktəbin VI-IX sinif şagirdləri RETTM-in təcrübə sahəsində yetişdirilmiş 30-dan artıq ağac və kol tinginin məktəbyanı sahədə əkilməsində fəal iştirak ediblər. Məktəblilər Azərbaycanın meşə florasına aid olan dəmirağacı, palıd, vələs, cökə, ağcaqayın və digər ağacların əsas bioekoloji xüsusiyyətləri və onlara qulluq qaydaları barədə ətraflı məlumatlandırılıblar.
Bakı Modern Məktəbinin direktor müavini Mina Əliyeva, biologiya müəllimi Nailə Rəhimova, RETTM-in direktor müavini Lalə Dadaşova, metodistlər Əliheydər Hüseynov, Elnur Muxtarov və digər əməkdaşlar məktəb bağlarının yaradılmasının əhəmiyyəti barədə danışıblar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda bütün iştirakçılara Azərbaycanın biomüxtəlifliyinə aid təqvimlər və “Meşənin həyatı” adlı plakatlar təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl