• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycanda səfərdə olan Moldovanın ombudsmanı Aureliya Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitriy Qriqoriu Bakının Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbin qonaqları olublar.

Məktəblə tanış olduqdan sonra moldovalı qonaqların məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşü keçirilib.
Görüşdə məktəbin direktoru Azər Ələkbərov Azərbaycanda həyata keçirilən işlər, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə qayğısı və göstərdikləri diqqət barədə danışıb.
Moldovalı ombudsmanın Azərbaycanın haqq işinin müdafiə etməsini xatırladan görüş iştirakçıları təcavüzkar Ermənistan dövlətinin yalanlarının dünyaya yayılmasına dəstəyini yüksək qiymətləndiriblər.
Aureliya Qriqoriu işğal olunmuş Azərbaycan ərazilərində soyqırım hadisələri törədən erməni silahlılarının və onların havadarlarının tezliklə ədalət mühakiməsində cavab verəcəklərinə inamını ifadə edib. Erməni terrorçularının vəhşiliklərindən danışan moldovalı ombudsman bəyan edib ki, ermənilərin törətdikləri cinayətlərə, xüsusilə Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir.
Moldovalı ombudsman müəllim və şagirdlərin suallarını cavablandırıb.
Sonda pedaqoji şuranın qərarı ilə moldovalı ombudsmana “Məktəbin fəxri müəllimi” adı verildiyi də bildirilib.
Tədbir mədəni proqramla davam etdirilib. Azərbaycan və Moldova milli mahnıları oxunub, rəqslər ifa olunub.


10 il əvvəl