• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənnini tədris edəcək müəllimlər qrupunun təqdimat mərasimi olub.

Mərasimdə Təhsil Nazirliyinin nümayəndələri, ali məktəb rektorları, müəllimlər və KİV nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, yeni dərs ilindən üç pilot ali məktəbdə (Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universiteti) «Təhsiin əsasları» fənni tədris olunacaq. Nazir fənnin birinci semestrinin materiallarını tədris edəcək müəllimlər üçün Azərbaycan Müəllimlər İnstitutunun bazasında təşkil olunan 10 günlük xüsusi kursda təlim materiallarının yeni forma və üsullarla tədris edildiyini nəzərə çatdırıb. Sonda kursu bitirən müəllimlərə təhsil naziri Misir Mərdanov tərəfindən sertifikatlar təqdim edilib.

Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. AMEA-nın 70 illik yubileyinə həsr olunmuş konfrans iki gün davam edəcək. Kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 414 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər. Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov konfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Rektor ali məktəblərlə elmi tədqiqat müəssisələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil naziri Mikayıl Cabbarov çıxışında ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs edərək bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır. Mikayıl Cabbarov gənc tədqiqatçıların inkişafı üçün bütün resurslardan istifadənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə müvafiq işlərin görüldüyünü vurğulayan nazir bildirib ki, ölkə alimlərinin 50 faizə qədəri Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və elmi-tədqiqat müəssisəsində çalışır: “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Ənənəvi maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə keçidin vaxtı çatıb. Praktiki elmi biliklərin təhsil sistemində tədris edilməsi üsullarının axtarışında olmalıyıq”. Hazırda təhsil sistemində fəaliyyət göstərən gənc müəllimlərin sayının az olmasına toxunan nazir bildirib ki, qarşıda duran vəzifələrdən biri onların sayının artırılması və keyfiyyətin  yüksəldilməsidir. Mikayıl Cabbarov ali təhsil müəssisələrində gənc alimlərin  və tədqiqatçıların sayının artırılması, eyni zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəfləri müəyyənləşdirməlidir. Nazir bildirib ki, universitetlərdə gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir. Mikayıl Cabbarov çıxışında qeyd edib ki, xaricdə tədqiqatlarını başa vuran gənc alimlərin ölkəmizin ali məktəblərində tədrislə məşğul olması mühüm və zəruridir. Çıxışının sonunda nazir ölkəmizdə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verən 10 mindən artıq tələbə könüllüyə təşəkkürünü bildirib və bu əlamətdar hadisənin uğurlu təqdimatında onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. AMEA-nın prezidenti Akif Əlizadə elm sahəsində aparılan islahatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqat mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndiriləcəyini qeyd edib. Azərbaycanda kifayət qədər güclü elmi potensialın olduğunu deyən AMEA rəhbəri növbəti illərdə bu potensialın gənclərin hesabına daha da güclənəcəyini bildirib: “Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti onilliklərdə uğurla idarə edəcək”. Sonra konfransın işində iştirak edəcək doktorantların çıxışları dinlənilib. Tədbir bölmələrdə davam etdirib.

“Təhsil” Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandaları U-13 və U-16 YUNİSEF qızlar liqası üzrə Azərbaycan futbol çempionatında uğurla çıxış edib.

U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə şərq, qərb və şimal zonaları üzrə keçirilib. İOEUG Futbol Məktəbinin yetirmələri şərq zonasında 6 komandanın iştirakı ilə keçirilən qrupda yer alıb. Məktəbin komandası qrup üzrə bütün oyunlarda qələbə qazanaraq finala çıxıb. Gərgin mübarizə şəraitində keçən finalda isə penalti seriyasında uduzan komanda 2-ci yeri qazanıb. U-16 YUNİSEF qızlar liqası 16 komandanın iştrakı ilə 2 yarımqrupda - şərq və qərb zonalarına bölünərək keçirilib. İOEUG Futbol Məktəbinin bu liqada mübarizə aparan komandası bütün oyunları qol buraxmadan qələbə ilə başa vuraraq finala çıxıb. Finalda da inamla oynayan komanda çempionatın qalibi olub. Çempionatda I, II və III yerləri tutan komandalara diplomlar təqdim olunub. 

Aprelin 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib.

Görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub. Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Rektor Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacağını söyləyib. Təhsil naziri Mikayıl Cabbarov Koç Universitetinin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkəmizin ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi hədəflərinə uyğun olduğunu bildirib.

Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” mövzusunda keçirdiyi müsabiqə davam edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya 1-2 çap vərəqi həcmində 15 nəsr, 20 nəzm və 5 dram əsəri daxil olmalıdır. Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 nüsxədə diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 ay müddətində Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə ekspert qrupları tərəfindən baxılacaq və nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqədə birinci yeri tutan toplu müəllifinə 5000 manat, ikinci yeri tutana 3000 manat, üçüncü yeri tutana 1500 manat mükafat veriləcək. Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Rəy və mülahizələr eser.musabiqe@edu.gov.az elektron poçtuna göndərilməlidir. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılacaq. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.  

Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilib.

Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.   Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.

2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 09.02.2015-ci il tarixli, 08 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan olunmuş müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərlər.   http://xaricdetehsil.edu.gov.az/uploads/elan2015.pdf

Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 3 komandası Türkiyənin Alanya şəhərində “FİFA Grassroots” proqramı çərçivəsində təşkil edilən “Turkish Holidays. Spring Edition” beynəlxalq futbol turnirində iştirak edib.

“Evima” şirkəti tərəfindən keçirilən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya, Rusiya, Bolqarıstan və Gürcüstandan 42 komanda 8 yaş qrupu üzrə mübarizə aparıb. Azərbaycanı 42 nəfərlik futbolçu heyəti ilə təmsil edən “Vətən”in yetirmələri 11, 12 və 13 yaşlı idmançıların qarşılaşmasında qüvvələrini sınayıblar. Komandalarımız bir həftə ərzində müxtəlif ölkələri təmsil edən rəqiblərlə mübarizə aparıblar. Onlar arasında İspaniyanın “Selta Viqo”, Türkiyənin “Beşiktaş” komandaları da olub. Turnirin 12 və 13 yaşlılar qrupunda komandalarımız IV yeri tutublar. Qeyd edək ki, 5-ci dəfə keçirilən festivala “Vətən” futbol məktəbinin komandaları ötən il də qatılıblar. “Vətən” təmsilçiləri bu il daha uğurlu çıxış ediblər. 

Aprelin 9-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı və Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.

Təhsil naziri Amerikalı diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb. Görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.   * * *   Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bu gün həmçinin, Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. Təhsil naziri Polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və bu vəzifədə uğurlar arzulayıb. Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, hər iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.

Aprelin 10-da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" mövzusunda konfrans keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, təhsil nazirinin müavini Firudin Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ilahiyyatçı alimlər, təhsil ekspertləri və QHT rəhbərləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planı haqqında məlumat verib. M.Qurbanlı ulu öndər Heydər Əliyevin siyasətinə uyğun olaraq, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində fəaliyyətindən söhbət açıb və bu istiqamətdə görülən işləri qeyd edib. O, gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayaraq, bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsindən məmnunluğunu bildirib. Milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini xatırladan komitə sədri bunun həm dövlətçlik, həm də mənəvi irsimiz baxımından əhəmiyyətindən danışıb. Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli liderin gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlər əsasında təhsilini və tərbiyəsini vacib hesab etdiyini nəzərə çatdırıb. F.Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin tərbiyə funksiyasının da inkişaf etdirilməsinin prioritet istiqamət kimi nəzərdə tutulduğunu xatırladıb. O, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin uşaq və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib. Tədbirdə ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva və digərləri fikirlərini bildiriblər. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görüləcək işlərin ayrı-ayrı məqamlarından bəhs olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı