SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 27-də “Azərbaycan günü” tədbirləri çərçivəsində Parisdə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi ilə görüşüb.
Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının inkişafı istiqamətində son illər görülən işlər, bu əlaqələrdə təhsil sahəsinin önəmli rolu vurğulanıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsi, akademik mobillik, birgə elmi tədqiqatların aparılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi bu görüşdən məmnunluğunu ifadə edib və belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafında, birgə əməkdaşlığın daha səmərəli davam etdirilməsindəki rolunu qeyd edib. “Azərbaycan günü” tədbiri çərçivəsində keçirilən görüşlərin əhəmiyyətinə toxunan baş diplomatik müşavir bu ilin martında Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirib. Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan-Fransa əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha yaxşı qurulması üçün görülən işləri və nəzərdə tutulan məsələləri qeyd edib. Nazir müavini bildirib ki, ilk dəfə olaraq Azərbaycan universitetlərinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Azərbaycan günü” tədbirində iştirak etmək üçün Fransaya səfər edib. “Azərbaycan günü” tədbirinin iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlıqda önəmini vurğulayan F.Qurbanov ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlar, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər və azərbaycanlı gənclərin xaricdə təhsili barədə geniş məlumat verib. Görüşdə Azərbaycanda fransız dilinin tədrisi, SABAH qruplarında fransız dilinin tədrisinin nəzərdə tutulması, mart ayında keçiriləcək görüşlərə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli təhsil əlaqələrinin, gələcək əməkdaşlığın inkişafına əminlik ifadə olunub. Fransanın Azərbaycandakı səfiri Paskal Monye və Strasburq Universitetinin prezidenti Alen Beretz görüşdə iştirak edib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5649 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 1,5 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4136 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 568 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1394 zəng) və çərşənbə axşamı (1133 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (970 müraciət) və çərşənbə axşamı (910 müraciət) günləri, əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək müraciət edilib.
08/07/2015 16:52
Yanvarın 14-də “Park İnn” otelində ali təhsildə maliyyələşdirmə mexanizmləri üzrə seminar keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü açaraq öncə qonaqları və dövlət qurumlarının nümayəndələrini salamlayıb. Nazir qeyd edib ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dövrdə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali təhsilin müstəsna rolu vardır. Müvafiq tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə artıq ikinci dəfə gerçəkləşdirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, belə seminarların keçirilməsində, dünyanın müxtəlif ölkələrində ali təhsillə bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə bağlı tendensiyalarla yaxından tanış olmaq və əldə olunan təcrübəni ölkədə ali təhsilin inkişafına yönəltməkdən ibarətdir. Sonra Misir Mərdanov 2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulmasını, ölkə Prezidenti cənab İlham Əliyevin neftdən və qazdan gələn gəlirlərin ölkədə insan potensialının inkişafına yönəldilməsi üçün atılan addımlar, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, ölkənin ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiq olunmasının əhəmiyyəti barədə məlumat verib. Təhsil sahəsində həyata keçirilən islahatların, o cümlədən maliyyələşmə ilə bağlı islahatların təhsilin keyfiyyətinin yüksəlməsinə və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edən nazir ölkəmizdə bütün bunlar üçün əsaslı zəmin yaranmasından söz açıb. Nazir bildirib ki, son illərdə dövlətin diqqət və qayğısı nəticəsində ali məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, onların müasir avadanlıq və texnologiyalarla təminatı sahəsində əhəmiyyətli işlər həyata keçirilib. Sonra təhsil naziri “Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda respublikamızın ali təhsil sistemi, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, ali təhsilə dövlət büdcəsindən ayrılan vəsait və s. haqqında ətraflı məlumat verilib, mövcud problemlər və maliyyələşdirmə ilə bağlı təkliflər diqqətə çatdırılıb. Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının koordinatoru Cəmil Səlmi "Müəssisələrin birbaşa və dolayı maliyyələşdirilməsi", ali təhsilin maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə", Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın vauçer sistemi" və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla çıxış ediblər. Fasilədən sonra dinlənilən təqdimatlara əsasən ayrı-ayrı məsələlər – əsas büdcənin düsturla maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, tədris üzrə əsas maliyyələşməni təmin edən vauçer sistemi, tədqiqatların müxtəlif mənbədən maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə layihəsi olan “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda növbəti təlimlər keçirilib.
Mingəçevir, Gəncə və Şəki şəhərlərində keçirilən təlimlərin məqsədi orta ümumtəsil müəssisələrində biologiya və həyat bilgisi fənnini tədris edən müəllimlərin zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı səriştə və kompetensiyalarının artırılmasıdır. Müəllimlər insanın bioloji və psixososial inkişafı, yeniyetmələrin riskli davranışlarının səbəbi və onu tənzimləmə mexanizmləri, təhlükəsiz məktəb mühitinin xüsusiyyətləri və bu kimi digər məsələlər barədə mütəxəssislərin mühazirələrini dinləyib, praktik məşğələlərdə iştirak ediblər.
08/07/2015 16:52
Yanvarın 15-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib. Nazir ötən gün Dünya Bankının dəstəyi ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizmləri” mövzusunda keçirilmiş seminardan söz açıb, burada qeyd olunan məsələlərin ali təhsilin maliyyələşdirilməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb. Nazir, həmçinin Litva və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsindən danışıb. Nazir Litvanın ali təhsil müəssisələrinin vauçer sistemi ilə fəaliyyət göstərdiyini nəzərə alaraq, bu ölkənin mövcud təcrübəsindən istifadə olunmasının zəruriliyini bildirib və Azərbaycanda da müvafiq sistemin tətbiq edilməsi məsələsindən söz açıb. Misir Mərdanov çıxışında maliyyələşmə üzrə aparılan islahatların təhsilin keyfiyyətinin artırılmasına və ali təhsil imkanlarının genişləndirilməsinə müsbət təsir edəcəyinə inamını ifadə edib. Sonra nazir gələcəkdə Litva ilə Azərbaycan universitetləri arasında daha sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması məsələsinə də toxunub. Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçyus Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq Litva və Azərbaycan təhsil əlaqələrinin tarixindən və onun səmərəliliyindən, öz ölkəsinin təhsil sistemində aparılan islahatlardan söz açıb. Azərbaycanın təhsil nazirini Litva Respublikasına dəvət edən Gintaras Steponaviçyus hər iki ölkənin ali və orta məktəbləri arasında əməkdaşlığın yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb. Görüş zamanı tərəflər ali məktəblərdə vauçer sisteminin tətbiqi, düstur əsasında maliyyələşmə və digər mövzular ətrafında müzakirələr aparıblar. Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas da görüşdə iştirak edib.
08/07/2015 16:52
Məktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatına start verilib.
AFFA tərəfindən təyin edilmiş hakimlərin idarə etdiyi yarışlar Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilir. Çempionatda paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edir. Rayondaxili yarışları əhatə edən və “Olimpiya” sistemi üzrə keçirilən birinci mərhələnin oyunları martın 8-də başa çatacaq. II mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunacaq. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq. Çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
08/07/2015 16:52
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 10 mart 2015-ci il tarixində saat 11:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 4, 5 və 6 mart 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yığma komandası cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olub.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 13-14 yaşlı oğlan və qızlar 10 çəki dərəcəsində mübarizə aparıblar. Yarışlara 468 idmançıdan ibarət 55 komanda qatılıb. “Təhsil” RİM-in yetirmələri yarışlarda 10 qızıl, 2 gümüş və 14 brünc medal qazanaraq, komanda hesabında birinci yerə layiq görülüblər. Qeyd edək ki, “Təhsil” RİM cüdo üzrə ilk dəfə belə uğurlu nəticə əldə edir.
08/07/2015 16:52
Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) SABAH qruplarına presstur keçirilib.
Jurnalistlər SABAH qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak edib, müəllim və tələbələrlə söhbət ediblər. SABAH yataqxanasına səfər, dərsdən sonrakı tələbə həyatı da mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb. Jurnalistlərə layihənin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, əsas məqsədi seçilmiş tələbələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması olan SABAH qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin müvafiq komissiyasından keçib. Həmçinin, qeyd olunub ki, tədris planlarına uyğun olaraq, SABAH qruplarında intensiv ingilis dili tədris olunur. Xarici ölkələrdən gələn müəllimlər də tədrisdə fəal iştirak edirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar. ADİU-nun SABAH qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə SABAH tələbələri üçün yaradılan şəraitdən danışıb. A.Quliyeva bildirib ki, SABAH qrupunda təhsil alan tələbələrə dərslər xüsusi proqram əsasında təşkil olunub. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkili edilir. Bu isə SABAH qrupu tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır. Sonra media nümayəndələri SABAH yataqxanasında tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, tələbələrlə birlikdə nahar ediblər.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq, yaradılacaq “Təhsil” onlayn televiziyası layihəsi çərçivəsində “61” oyun-viktorinanın nümayişinə başlanıb.
Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına töhfə vermək məqsədilə formalaşdırılan “Təhsil” televiziyası yeni verilişin Azərbaycan variantını hazırlayıb. Veriliş ölkəmizdə beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın lisenziyası əsasında yayımlanır. Bir çox ölkələrdə tanınan “Jeopardy” intellektual oyun-viktorinanın müəllifi Merv Qriffindir. Veriliş ilk dəfə 51 il öncə ABŞ-da efirə çıxıb və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Rusiyada verilişin analoqu “Öz oyunun” (Svoya iqra), Türkiyədə “Böyük risk” adlanır. Verilişin Azərbaycan variantı isə “61”dir. Oyun zamanı iştirakçılara məhz bu sayda sual verilir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin dəstəklədiyi veriliş AzTV telekanalında aparıcı Leyla Quliyevanın təqdimatında həftədə bir dəfə çərşənbə günləri efirə çıxacaq. Qeyd edək ki, buna qədər “Jeopardy” verilişinin tarixində qadın aparıcı olmayıb.Veriliş “Game TV” şirkəti tərəfindən hazırlanıb. Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq, təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların təşkilinə dəstək verməkdən ibarətdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı