SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) SABAH qruplarına presstur keçirilib.
Jurnalistlər SABAH qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak edib, müəllim və tələbələrlə söhbət ediblər. SABAH yataqxanasına səfər, dərsdən sonrakı tələbə həyatı da mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Jurnalistlərə layihənin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, əsas məqsədi seçilmiş tələbələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması olan SABAH qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin müvafiq komissiyasından keçib.
Həmçinin, qeyd olunub ki, tədris planlarına uyğun olaraq, SABAH qruplarında intensiv ingilis dili tədris olunur. Xarici ölkələrdən gələn müəllimlər də tədrisdə fəal iştirak edirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar.
ADİU-nun SABAH qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə SABAH tələbələri üçün yaradılan şəraitdən danışıb. A.Quliyeva bildirib ki, SABAH qrupunda təhsil alan tələbələrə dərslər xüsusi proqram əsasında təşkil olunub. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkili edilir. Bu isə SABAH qrupu tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Sonra media nümayəndələri SABAH yataqxanasında tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olub, tələbələrlə birlikdə nahar ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl