• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq, yaradılacaq “Təhsil” onlayn televiziyası layihəsi çərçivəsində “61” oyun-viktorinanın nümayişinə başlanıb.

Uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunmasına töhfə vermək məqsədilə formalaşdırılan “Təhsil” televiziyası yeni verilişin Azərbaycan variantını hazırlayıb. Veriliş ölkəmizdə beynəlxalq “Jeopardy” intellektual oyun-viktorinanın lisenziyası əsasında yayımlanır.
Bir çox ölkələrdə tanınan “Jeopardy” intellektual oyun-viktorinanın müəllifi Merv Qriffindir. Veriliş ilk dəfə 51 il öncə ABŞ-da efirə çıxıb və dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Rusiyada verilişin analoqu “Öz oyunun” (Svoya iqra), Türkiyədə “Böyük risk” adlanır. Verilişin Azərbaycan variantı isə “61”dir. Oyun zamanı iştirakçılara məhz bu sayda sual verilir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin dəstəklədiyi veriliş AzTV telekanalında aparıcı Leyla Quliyevanın təqdimatında həftədə bir dəfə çərşənbə günləri efirə çıxacaq. Qeyd edək ki, buna qədər “Jeopardy” verilişinin tarixində qadın aparıcı olmayıb.Veriliş “Game TV” şirkəti tərəfindən hazırlanıb.
Layihənin məqsədi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq, təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirici intellektual oyunların təşkilinə dəstək verməkdən ibarətdir.


10 il əvvəl