SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 27-də “Azərbaycan günü” tədbirləri çərçivəsində Parisdə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi ilə görüşüb.
Görüşdə Azərbaycan-Fransa əməkdaşlığının inkişafı istiqamətində son illər görülən işlər, bu əlaqələrdə təhsil sahəsinin önəmli rolu vurğulanıb, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsi, akademik mobillik, birgə elmi tədqiqatların aparılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Milli təhsil, ali təhsil və tədqiqat nazirinin baş diplomatik müşaviri Elza Kombi bu görüşdən məmnunluğunu ifadə edib və belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafında, birgə əməkdaşlığın daha səmərəli davam etdirilməsindəki rolunu qeyd edib. “Azərbaycan günü” tədbiri çərçivəsində keçirilən görüşlərin əhəmiyyətinə toxunan baş diplomatik müşavir bu ilin martında Fransanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycan-Fransa əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın daha yaxşı qurulması üçün görülən işləri və nəzərdə tutulan məsələləri qeyd edib. Nazir müavini bildirib ki, ilk dəfə olaraq Azərbaycan universitetlərinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti “Azərbaycan günü” tədbirində iştirak etmək üçün Fransaya səfər edib.
“Azərbaycan günü” tədbirinin iki ölkənin ali təhsil müəssisələri arasındakı əməkdaşlıqda önəmini vurğulayan F.Qurbanov ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlar, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər və azərbaycanlı gənclərin xaricdə təhsili barədə geniş məlumat verib.
Görüşdə Azərbaycanda fransız dilinin tədrisi, SABAH qruplarında fransız dilinin tədrisinin nəzərdə tutulması, mart ayında keçiriləcək görüşlərə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli təhsil əlaqələrinin, gələcək əməkdaşlığın inkişafına əminlik ifadə olunub.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye və Strasburq Universitetinin prezidenti Alen Beretz görüşdə iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl