• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 25-də Parisdə səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov Fransanın “Kampus Frans” Agentliyinin direktoru Antuan Qrassən ilə görüşüb.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq çərçivəsində Fransa-Azərbaycan təhsil əlaqələrinin perspektiv inkişaf istiqamətləri, ali təhsil sahəsində münasibətlərin genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə edilib. Görüşdə, həmçinin Parisdə keçiriləcək “Azərbaycan günü” tədbirinə hazırlıq, müvafiq proqramlar üzrə akademik mobillik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Kampus Frans” Agentliyinin bir sıra ölkələrlə sıx əməkdaşlıq etdiyini bildirən A.Qrassən rəhbəri olduğu qurumun Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələr, ali təhsilin strateji istiqamətləri, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra vəziyyəti barədə məlumat verib.
Nazir müavini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu günə qədər 120 azərbaycanlı tələbənin Fransada təhsil almaq hüququ qazandığını, onlardan 42 nəfərin hazırda bu ölkədə təhsillərini davam etdirdiyini bildirib.
Qeyd edək ki, fevralın 27-də Parisdə “Azərbaycan günü” tədbiri keçiriləcəkdir. “Azərbaycan günü”ndə Fransanın 20-yə yaxın ali təhsil müəssisəsi Azərbaycan ali təhsil sistemi üçün maraq kəsb edən birgə layihələr barədə təqdimatlar keçirəcəklər. Tədbir çərçivəsində Avropa İttifaqına daxil olan ölkələrin vətəndaşlarına da Azərbaycan universitetlərində təhsil almaq imkanları təqdim olunacaqdır.


10 il əvvəl