• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi başa çatıb.

Bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 693 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 215 şagird respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında seçim turunun respublika mərhələsi keçiriləcək. Bu mərhələdə şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq.
Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur.Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək.
47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək.47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi barədə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.
Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
47-ci Beynəlxalq Kimya Olimpiadası ilə bağlı ətraflı məlumat olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/) yerləşdirilib.


10 il əvvəl