• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

ADA Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsi və Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandum ADA Universitetində yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllim mübadiləsini, birgə konfrans-seminarların təşkilini nəzərdə tutur.
İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov ADA Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanması, ölkəmizdə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədlərinə nail olunması işinə təkan verəcəyinə inandığını bildirib.
Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkəmizdə təhsil sahəsində aparılan islahatlara öz müsbət təsirini göstərəcək.
Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə ADA Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramlarının və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.
Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin “Müasir təhsilin meylləri” mövzusunda mühazirəsini dinləyib. Qonaqlar ADA Universitenindəki həmkarları ilə birgə 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllim heyəti ilə görüşlər keçirib. 


10 il əvvəl