• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 11-də Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib.

Mərasimdə Təhsil Nazirliyinin rəsmiləri, “British Council”un Azərbaycan üzrə rəhbəri və “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri iştirak ediblər.
Tədbirdə məlumat verilib ki, birgə əməkdaşlıq çərçivəsində “TOPs Proqramı – şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ üzrə nümunəvi layihə hazırlanıb və “Bakcell” şirkətinin dəstəyi ilə 2015-ci ilin əvvəlindən ilkin mərhələnin icrasına başlanıb.
“İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi ümumi təhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir tədris metodikası – TOPs proqramı ilə təmin etməkdir. Britaniyalı mütəxəssislər tərəfindən yaradılmış və Birləşmiş Krallıqda geniş istifadə olunan bu proqramın tətbiqi təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən təbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. Bu layihə də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müvafiq tədbirlər və fəaliyyət istiqamətləri nəzərə alınaraq həyata keçiriləcək.
“British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi layihələrdən və Təhsil Nazirliyi ilə yaranmış işgüzar əməkdaşlıqdan danışıb.
Milli Olimpiya Komitəsinin üzvü, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov TOPs proqramının tarixi və onun şagirdlərin hərəkət bacarıqlarının inkişafı, fiziki-psixoloji sağlamlığının qorunmasına dair faydalı cəhətləri haqda məlumat verib. Layihə çərçivəsində TOPs metodikası vasitəsilə fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin daha səmərəli və innovativ formada tədrisi üçün müəllimlər üçün metodiki vəsaitin hazırlanması nəzərdə tutulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva bu layihə çərçivəsində fiziki tərbiyə müəllimlərinin müasir tədris vəsaitləri ilə təmin olunmasını müsbət dəyərləndirib. Yeni metodların fiziki sağlamlığında problemi olan məktəblilər üçün əlavə imkanlar yaratması da təqdirəlayiqdir.
Sonda Təhsil Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.


10 il əvvəl