SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dünən KİV-lərdə təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla bağlı Təhsil Nazirliyinə daxil olan sualları ümumiləşdirərək onlara dair cavabları təqdim edirik.
Sual: Son illərdə məktəb məzunlarının nəticələri yüksəlir yoxsa enir?
Cavab: Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək.
2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib.
2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.
Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.
Sual: Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalı doğrudurmu?
Cavab: Xeyr, belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyildir.
Sual: Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündürmü?
Cavab: Yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl