SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycanın trek velosipedi üzrə yığma komandası Portuqaliyada keçirilən beynəlxalq yarışdan uğurla qayıdıb.
Təhsil Nazirliyinin idman məktəbinin yetirmələri də Azərbaycan yığma komandasının üzvləri kimi yarışda iştirak ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Trofeu CAR Anadia” turnirində 10 ölkənin (Portuqaliya, İtaliya, Niderland, Azərbaycan, Türkiyə, İsveçrə, Avstraliya, Fransa, Rusiya və Yeni Zelandiya) 100-dən artıq idmançısı mübarizə aparıb.
Azərbaycan idmançıları yarışda 2 qızıl və 1 bürünc medal qazanıblar. Həm 200, həm də 500 metr məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olan yığma komandamızın lideri Olqa İsmayılova hər iki növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yığmanın gənc üzvü, Təhsil Nazirliyinin 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Nicat Niftəliyev isə 200 metr məsafəyə sprint yarışında 3-cü nəticə göstərib və əsas finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində də inamla çıxış edən təmsilçimiz yekunda bürünc medal əldə edib. Bu, 18 yaşlı Nicatın beynəlxalq yarışlarda qazandığı ilk medaldır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl