SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 29-da Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bir əsrə yaxın şərəfli ömür sürmüş, Azərbaycanın maarif, təhsil, pedaqoji fikir və milli mətbuat səhifələrində öz dəst-xətti ilə seçilən “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi təhsilimizin tarixində əhəmiyyətli hadisədir. Nazir “Azərbaycan məktəbi” jurnalının keçdiyi uğurlu inkişaf yolundan, təhsilimizə layiqli töhfələr verdiyindən söz açaraq bu mətbu orqanın əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov çıxış edərək bildirib ki, jurnal bir mətbu orqan kimi məktəb həyatının ən zəruri məsələlərini işıqlandırılmaqla təhsilimizin inkişafına xidmət edib.
Tədbirdə iştirak edən alim və pedaqoqlardan Ə.Ağayev, Y.Kərimov, H.Əhmədov və başqaları yubiley münasibətilə “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik ediblər.
Sonda təhsil naziri Misir Mərdanov “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfova, baş redaktoru müavini Nəsrəddin Musayevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, bir qrup əməkdaşa isə Fəxri fərman təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl