SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 29-da “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi çərçivəsində final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin rəsmiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri, QHT rəhbərləri iştirak ediblər.
Mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov layihə barədə məlumat verib. O, bildirib ki, Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə həyata keçirilən bu layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkirdə ümumilikdə 180 şagird üçün təlimlər, eyni zamanda turnirlər keçirilib. Təlimlər çərçivəsində şagirdlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. Silsilə təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir şəhərlərindəki 60 məktəbin komandası iştirak edib. Turnirlərin nəticəsi olaraq, Bakı Avropa Liseyinin ”Debal” və Sumqayıt şəhər 1 saylı tam orta məktəbin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq şansı qazanıblar.
Rəsmi çıxışlardan sonra final oyunu keçirilib. Bakı Avropa Liseyinin ”Debal” komandası rəqibinə üstün gələrək “Sağlam həyat” Kubokunun sahibi olub. Münsiflər heyəti “ən yaxşı natiq” nominasiyası üzrə də qaliblərin adlarını açıqlayıb. Bu nominasiya üzrə Bakı Avropa Liseyinin şagirdi Ümid Mahmudov I, Şəki şəhəri 1 nömrəli tam orta məktəbin şagirdi Çinarə Mustafayeva II, Bakı Avropa Liseyinin şagirdi Nihad Əliyev III yeri tutub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl