• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.

Bu mərhələdə ümumilikdə, X və XI siniflər üzrə 1472 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 693 şagird zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq. Zona mərhələsinin Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək.
Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən, Təşkilat Komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçiriləcək. Bu mərhələdə iştirak edəcək şagirdlər də zona mərhələsinin nəticələri nəzərə alınmaqla, Təşkilat Komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar.
Qeyd edək ki, 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.


10 il əvvəl