• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi başa çatıb.

“Narkotik vasitələrin, onların psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə həyata keçirilən layihə çərçivəsində Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Şəmkirdə təlimlər, eyni zamanda turnirlər keçirilib.
Təlimlər çərçivəsində şagirdlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, interaktiv tədris metodlarının istifadəsi vasitəsilə ilkin biliklər qazanıblar. Layihə çərçivəsində Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov tərəfindən “Sağlam həyat” mövzusunda ekspert və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən debat təlimləri təşkil olunub.
Silsilə təlim və turnirlərdən sonra “Respublika Məktəblərarası Debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şəmkir şəhərlərindəki 60 məktəbin komandası iştirak edib. Turnirlərin nəticəsi olaraq, Bakı Avropa Liseyinin ”Debal” və Sumqayıt şəhər 1 saylı tam orta məktəbin “Kommunikadze” komandaları finalda mübarizə aparmaq şansı qazanıblar.
Forumun final oyunu və mükafatlandırma mərasimi yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. 


10 il əvvəl