• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili üzrə dərsliklərin ictimai müzakirəsi təşkil edilir

Peşə təhsili üzə dərslik təchizatının yaxşılaşdırılması ilə yanaşı mövcud dərsliklərin məzmun və tədris aspektindən təkmilləşdirilməsi üzərində işlər aparılmaqdadır. Bu məqsədlə dərsliklər üzrə ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. 

 

Geyim üzrə dizayner, dərzi, tikiş maşınlarının operatoru və tikişçi, turizm təşkilatçısı, turizm sahəsində iaşə xidməti üzrə mütəxəssis və mehmanxana inzibatçısı ixtisasları üzrə, ümumilikdə  31 modul dərs vəsaiti www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş modulların məzmunu ilə tanış olmaq və  xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür. İctimai müzakirəyə çıxarılmış dərsliklər üzrə rəy və təkliflərin bildirilməsi üçün 15 günlük müddət müəyyən edilib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi  elm adamlarını, işəgötürənləri, təhsil işçilərini, valideynləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərsliklərə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir. 

 

Qeyd edək ki, peşə təhsili üzrə tədrisin keyfiyyətinin artırılması məqsədilə 2020-2021-ci tədris ilində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə dərsliklər dövlət büdcəsi hesabına çap edilərək peşə təhsili müəssisələrinə paylanılıb. Növbəti tədris ilində də dərslik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin genişləndirilməsi nəzərdə tutulub. Agentlik tərəfindən çapı nəzərdə tutulan bütün dərsliklərin ictimai müzakirəyə çıxarılması nəzərdə tutulur.
 


3 il əvvəl