• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimai rəy öyrənilib

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ictimaiyyətin fikrinin öyrənilməsi, həmçinin prosesin təkmilləşdirilməsi məqsədi ilə sorğu keçirilib.

 

İctimai rəy öyrənildikdən sonra hazırda müəllim vəzifəsində çalışan şəxslərin yeni tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı üçün şərait yaradılmasına qərar verilib. Həmçinin, müsabiqənin test imtahanı mərhələsinin regionlarda təşkili və vakansiya seçimi zamanı imtahan nəticələrinin toqquşması hallarında ötən ildə tətbiq olunan əmsalların cari ildə də tətbiqi nəzərdə tutulub.

 

Qeyd edək ki, namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq.


3 il əvvəl