• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər davam edir

Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir.


UNICEF tərəfindən hazırlanan "Əsas həyat bacarıqları" proqramının məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrə “Stresin idarə olunması”, “Emosiyaların tənzimlənməsi”, “Özünü sağlam qiymətləndirmə”, “Fəal dinləmə”, “Empatiya”, “Dayanıqlıq” kimi bacarıqların aşılanması, inkişaf etdirilməsi və tətbiqi hədəf olaraq qarşıya qoyulub.


Bərdə, Ağdam və Tərtər rayonlarında növbəti 100 müəllim üçün sözügedən təlimlər 12 akademik saat üzrə davam edir. 


Qeyd edək ki, təlimdə iştirak edən müəllimlər tərəfindən aidiyyəti mövzular üzrə şagirdlər üçün məşğələlər keçiriləcək. Məşğələlərin may ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır. 
 


3 il əvvəl