SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodiki işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq metodiki işin düzgün təşkilinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodiki mərkəzin fəaliyyətinin müsbət cəhətlərindən söz açaraq müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildirib. Misir Mərdanov metodiki mərkəzin fəaliyyətinin daha səmərəli təşkili üçün bir sıra addımların atılmasının zəruri olduğunu nəzərə çatdırıb və təhsil ocaqları ilə sıx əlaqələrin yaradılmasını tövsiyə edib. Təhsil naziri bu sahədə mövcud olan problemlərin müəyyən edilməsi, müvafiq dünya təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması məqsədilə işçi qrupunun yaradılmasının vacib olduğunu bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qurbanov, mərkəzin direktor müavinləri Sitarə Məmmədova və Nazir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə mərkəzin kurikulumların tətbiqi, dərsliklərin müzakirəsi, qiymətləndirmə, qabaqcıl təcrübənin öyrənilməsi və başqa istiqamətlərdə apardığı işlərdən bəhs olunub, eləcə də qarşıya çıxan müvafiq çətinliklər diqqətə çatdırılıb.
Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb.
Sonda yaradılan işçi qrupunun bir ay müddətində müvafiq təkliflər hazırlayıb təqdim etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alınıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl