SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə mədəniyyət xadimlərinin, uşaq qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 11 saylı inteqrasiya təlimli və 8 nömrəli sanatoriya tipli internat məktəblərinə səfəri təşkil olunacaq.
Səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir.
Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinfinin açılışına qatılacaqlar. Onların tədris ocağının şagirdləri ilə birgə naharı da nəzərdə tutulur.
Təhsil Nazirliyi ictimaiyyət nümayəndələrinin internat məktəbləri ilə ünsiyyətini genişləndirməyə xidmət edən belə səfərləri mütəmadi olaraq təşkil edəcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl