• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı şəhəri 6 nömrəli məktəb-liseydə təşkil edilmiş reproduktiv sağlamlıqla bağlı təlim kursu başa çatıb.

Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və tam orta məktəblərin əməkdaşları üçün təşkil olunmuş üçgünlük kursu uğurla başa vuran 29 nəfər təhsil işcisinə serfikatlar təqdim edilib.
Qeyd edək ki, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı həyata keçirir. Proqram çərçivəsində Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil Problemləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində reproduktiv sağlamlıq, ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili, tam orta məktəblərin şagirdləri, müəllimləri, psixoloqları, habelə valideynlər üçün maarifləndirmə və tədris işlərinin həyata keçirilməsini planlaşdırır.
Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.


10 il əvvəl