SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin saytında (www.edu.gov.az) "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin baneri yerləşdirilib.
Qeyd edək ki, layihə çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alan 6 nəfər azərbaycanlı gəncin müsahibəsi dərc olunub. Azərbaycanlı tələbələr müsahibələrində oxuduqları universitetlərdəki təhsil mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək perspektivləri barədə fikirlərini bildiriblər. “Gəncliyin uğur formulu” layihəsi davam etdirilir. http://www.edu.gov.az/view.php?lang=az&menu=390
08/07/2015 16:52
Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə başlayıb.
Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı daima yaddaşlarda yaşatmaqdan ibarətdir. “Məktəb qəhrəmanları ilə tanınır” layihəsində ilk olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Biləsuvar lisey-məktəb kompleksi barəsində danışılır.
08/07/2015 16:52
Noyabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində İncəsənət Kolleci müəllimlərinin yaradıcılıq sərgisi keçirilib.
Təsviri, dekorativ-tətbiqi, dizayn, heykəltəraşlıq, xalçaçılıq, bədii keramika, teatr-dekorasiya və s. incəsənət sahələrində yaradıcılıqla məşğul olan rəssam-müəllimlər sərgidə müxtəlif səpgili işləri ilə çıxış ediblər. Sərgidə mənzərə, portret, natürmort, bədii keramika, xalçaçılıq və digər növ və janrlarda işlənmiş 50-yə yaxın əsər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd kollec müəllimlərinin öz tələbələri qarşısında müstəqil rəssam simasında çıxış etməklə gələcək rəssamlarda təsvir savadı ilə birgə yaradıcılıq arzusunu və həvəsini artırmaq, eyni zamanda müəllimlərlə tələbələr arasında yaradıcılıq körpüsü yaratmaqdır. Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci (keçmiş Ə.Əzımzadə adına Rəssamlıq Məktəbi) 90 illik tarixi ənənəyə malik təhsil ocağıdır. Müasir Azərbaycan təsviri və dekorativ sənətlərin yaranmasında və formalaşmasında mühüm rolu olan sənət məktəbi Azərbaycan rəssamları üçün daima “ana məktəb” rolunu oynayıb. Azərbaycanın əksər görkəmli rəssamları bu sənət ocağının yetirməsi olub və sonralar rəssam-müəllim qismində sənət sirlərini gənc nəslə öyrədib. Bu ənənə Azərbaycan təsviri incəsənətinin inkişaf etməsinə, istedadlı rəssamların yetişməsinə və uğurlu nailiyyətlər əldə etməsinə şərait yaradıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 14 cüdoçusu Sloveniyada cüdo üzrə yeniyetmələrarası beynəlxalq turnirdə ölkəmizi təmsil edib.
24 ölkənin iştirakı ilə keçirilən bu mötəbər turnirdə uğurla çıxış edən cüdoçularımız 10 medal - 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. Yarışda 14-15 yaşlı cüdoçularımız 8 medal qazanaraq komanda hesabında III yerə layiq görülüb. 15-17 yaşlı idmançılar arasında isə 50 və 55 kiloqram çəki dərəcələrində 2 cüdoçumuz III yeri tutub.
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən Uşaq-Gənclər İdman Məktəblərinin əməkdaşları arasında Milli Dirçəliş Gününə həsr olunmuş mini futbol turniri başa çatıb.
Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən turnirdə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin 8 komandası iştirak edib. Turnir 2 yarımqrupda keçirilib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi yarimfanala vəsiqə qazanıblar. Yarimfinalda bütün rəqiblərindən üstün olan 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi final mərhələsinə çıxıb. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi üçüncü yerlə kifayətlənməli olub. Final oyunu əsas vaxtda heç-heçə başa catıb. Əlavə olunmuş vaxtda da qapılara top vurulmadığına görə, komandalar penalti zərbələri ilə turnirin qalibini müəyyən ediblər. 13 saylı İOEUGİM öz rəqibindən daha ustün olduğunu sübut edərək 1-ci yerə çıxıb. Qalib və fərqlənən komandalar kubok və diplomlarla təltif olunublar.
08/07/2015 16:52
Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 21 noyabr 2014-cü il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dekabr ayına dəyişilib. Bununla bağlı Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinə əlavə məlumat veriləcəkdir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən riyaziyyat fənni üzrə məktəblərarası müsabiqənin birinci mərhələsi yekunlaşıb.
Şagirdlərin riyaziyyat fənninə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçirilmiş müsabiqədə Bakı və Sumqayıt şəhərləri üzrə 30 məktəbdən 267 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, hər məktəb VI, VII və VIII siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub. Müsabiqənin birinci mərhələsinin nəticələrinə görə, Bakı şəhəri 220 nömrəli məktəb-lisey I, Bakı şəhəri 62 nömrəli tam orta məktəb II, Sumqayıt şəhəri Təbiət elmləri tamayüllü gimnaziya III, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey IV, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi isə V yeri tutub. Bu mərhələdəki fərdi nəticələrə əsasən, VI siniflər üzrə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Murad Ağazadə, VII siniflər üzrə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin şagirdi Anar Rzayev, VIII siniflər üzrə isə Bakı şəhəri Heydər Əliyev adına liseyin şagirdi Ayxan Məcidli və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü liseyin şagirdi Anar Əhmədov (VIII sinif şagirdləri eyni bal toplayıblar) ən yüksək nəticə göstəriblər. Qeyd edək ki, cari ilin sonunadək riyaziyyat fənni üzrə müsabiqənin daha iki mərhələsi keçiriləcək. Növbəti mərhələlərin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin ikinci mərhələsinin 29 noyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulur.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinqin növbəti oyunu keçirilib.
Oyun 2 seçim və 2 final görüşündən ibarət olub. İlk seçim görüşündə “Naxçıvan” və “NUR” (Bakı) komandaları qarşılaşıblar. “NUR” (Bakı) böyük hesabla qələbə çalıb. İkinci seçim görüşü “NORM Sement” və “Romantik” komandaları arasında baş tutub və “Romantik”in qələbəsi ilə başa çatıb. Final görüşlərində “NUR” (Bakı) və “Romantik” mübarizə aparıblar. Bərabər şəraitdə keçən görüşlərdə əvvəlcə “Romantik” (5:3), sonra isə “NUR” (Bakı) (5:4) üstün olub. Buna görə də əlavə suala ehtiyac yaranıb və suala düzgün cavab verən “Romantik” ayın finalına çıxıb. Bu ayın birinciliyi uğrunda oyun noyabrın 30-da keçiriləcək. Həmin oyunda noyabr ayında keçirilən oyunların qalibləri iştirak edəcək və birinci yerə çıxan komanda “Bilik Kuboku”nun finalında oynayacaq. Final görüşünün dekabrın 14-də keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku”nu qazanmaq üçün ölkənin 15 bölgəsindən 30 komanda mübarizə aparır. Sentyabrın 7-də start götürmüş yarışmanın sentyabr və oktyabr ayları üzrə qalibləri artıq müəyyənləşib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası təbiət elmləri üzrə fənn müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.
Şagirdlərin fizika, kimya və biologiya fənlərinə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərləri üzrə 28 məktəbdən 252 şagird iştirak edib. Hər bir məktəb VII, VIII və IX siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub. Fizika, kimya və biologiya fənn müsabiqələrinin I mərhələsinin nəticələrinə əsasən, komanda hesabında 5 məktəb ən yüksək nəticə göstərib. Bunlar Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyi, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Sumqayıt şəhəri Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi, Bakı şəhəri 220 nömrəli məktəb-lisey və Bakı şəhəri 291 nömrəli Ekologiya liseyidir. Bu mərhələnin fərdi nəticələrinə əsasən, VII siniflər üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı və VIII siniflər üzrə həmin liseyin şagirdi Elşən Nağızadə, IX siniflər üzrə isə 261 nömrəli məktəb-liseyin şagirdi Nigar Eyvazzadə ən yüksək nəticə nümayiş etdiriblər. Müsabiqələrin II mərhələsinin noyabrın 29-da keçirilməsi nəzərdə tutulub. İlin sonunadək müsabiqələrin daha bir mərhələsi (III) də keçiriləcək. Bu mərhələnin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı