• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən Uşaq-Gənclər İdman Məktəblərinin əməkdaşları arasında Milli Dirçəliş Gününə həsr olunmuş mini futbol turniri başa çatıb.

Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən turnirdə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin 8 komandası iştirak edib. 
Turnir 2 yarımqrupda keçirilib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi yarimfanala vəsiqə qazanıblar.
Yarimfinalda bütün rəqiblərindən üstün olan 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi və 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi final mərhələsinə çıxıb. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi üçüncü yerlə kifayətlənməli olub.
Final oyunu əsas vaxtda heç-heçə başa catıb. Əlavə olunmuş vaxtda da qapılara top vurulmadığına görə, komandalar penalti zərbələri ilə turnirin qalibini müəyyən ediblər. 13 saylı İOEUGİM öz rəqibindən daha ustün olduğunu sübut edərək 1-ci yerə çıxıb.
Qalib və fərqlənən komandalar kubok və diplomlarla təltif olunublar.


10 il əvvəl