• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən riyaziyyat fənni üzrə məktəblərarası müsabiqənin birinci mərhələsi yekunlaşıb.

Şagirdlərin riyaziyyat fənninə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə Fizika-riyaziyyat və informatika təmayüllü liseydə keçirilmiş müsabiqədə Bakı və Sumqayıt şəhərləri üzrə 30 məktəbdən 267 şagird iştirak edib. Müsabiqənin qaydalarına əsasən, hər məktəb VI, VII və VIII siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.  
Müsabiqənin birinci mərhələsinin nəticələrinə görə, Bakı şəhəri 220 nömrəli məktəb-lisey I, Bakı şəhəri 62 nömrəli tam orta məktəb II, Sumqayıt şəhəri Təbiət elmləri tamayüllü gimnaziya III, Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey IV, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyi isə V yeri tutub.
Bu mərhələdəki fərdi nəticələrə əsasən, VI siniflər üzrə Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Murad Ağazadə, VII siniflər üzrə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksinin şagirdi Anar Rzayev, VIII siniflər üzrə isə Bakı şəhəri Heydər Əliyev adına liseyin şagirdi Ayxan Məcidli və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü liseyin şagirdi Anar Əhmədov (VIII sinif şagirdləri eyni bal toplayıblar) ən yüksək nəticə göstəriblər.
Qeyd edək ki, cari ilin sonunadək riyaziyyat fənni üzrə müsabiqənin daha iki mərhələsi keçiriləcək. Növbəti mərhələlərin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqənin ikinci mərhələsinin 29 noyabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulur.


10 il əvvəl