• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası təbiət elmləri üzrə fənn müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.

Şagirdlərin fizika, kimya və biologiya fənlərinə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərləri üzrə 28 məktəbdən 252 şagird iştirak edib. Hər bir məktəb VII, VIII və IX siniflərin hər birindən 3 şagird olmaqla, cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub.
Fizika, kimya və biologiya fənn müsabiqələrinin I mərhələsinin nəticələrinə əsasən, komanda hesabında 5 məktəb ən yüksək nəticə göstərib. Bunlar Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyi, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Sumqayıt şəhəri Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi, Bakı şəhəri 220 nömrəli məktəb-lisey və Bakı şəhəri 291 nömrəli Ekologiya liseyidir.
Bu mərhələnin fərdi nəticələrinə əsasən, VII siniflər üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Turan Bayramlı və VIII siniflər üzrə həmin liseyin şagirdi Elşən Nağızadə, IX siniflər üzrə isə 261 nömrəli məktəb-liseyin şagirdi Nigar Eyvazzadə ən yüksək nəticə nümayiş etdiriblər.
Müsabiqələrin II mərhələsinin noyabrın 29-da keçirilməsi nəzərdə tutulub. İlin sonunadək müsabiqələrin daha bir mərhələsi (III) də keçiriləcək. Bu mərhələnin ümumi nəticələrinə əsasən, həm fərdi, həm də komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


10 il əvvəl