• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.

Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.  Bu ilin dekabrından start götürəcək layihənin Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə və Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində təqdimatı olacaq. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır. Layihədə təhsil müəssisələrinin I-XI sinif şagirdləri, valideynlər, müəllimlər, inzibati heyət (məktəb direktoru və müavinləri), eləcə də ictimaiyyət nümayəndələrinin, uşaq birliyi, günü uzadılmış qrup və məktəbəqədər qrup rəhbərlərinin iştirakı nəzərdə tutulub.    

V “Elektron Təhsil” Respublika müsabiqəsinin III mərhələsinə start verilib.

Müsabiqəyə təqdim olunan 978 layihədən 302-si III mərhələyə keçib. Müvafiq qiymətləndirməyə əsasən, bu mərhələdə yüksək bal toplayan işlərin müəllifləri Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Müsabiqə “Dr. Web”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.

Müəllimlərin sınaq qiymətləndirilməsi haqqında "Azərbaycan" qəzetində, "Exo" qəzetində və digər KİV-lərdə məqalələr dərc olunub.

Təhsil Nazirliyi tərəfindən keçirilmiş paytaxt məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Təsadüfi deyil ki, bu mövzu ətrafında müzakirələr davam edir, tanınmış təhsil ekspertləri, mütəxəssislər yeniliyə münasibət bildirir və təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət edən islahatları müsbət qiymətləndirirlər. Bu günlərdə müəllimlərin sınaq qiymətləndirilməsi haqqında "Azərbaycan" qəzetində, "Exo" qəzetində və digər KİV-lərdə məqalələr dərc olunub. Həmin məqalələrdə müəllimlərin sınaq qiymətləndirilməsinin əhəmiyyəti, bunun təhsilverənlərin hazırlıq səviyyəsinin yüksəldilməsinə təsiri təhlil olunur, bu məsələyə konkret faktlar əsasında nəzər salınır.   Pedaqoji fəaliyyətin qiymətləndirilməsi günün tələbi kimi  (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=54804)  

Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Musiqi Kollecində AMK-nın rektoru Siyavuş Kəriminin 60 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Görüşdə Musiqi Kollecinin müəllim və tələbə heyəti ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən respublikanın xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov və başqaları iştirak ediblər. Yubiley gecəsini açan kollecin direktoru Nazim Kazımov qonaqlara Siyavuş Kəriminin həyatı və yaradıcılıq yolu, ictimai, pedaqoji fəaliyəti haqqında məlumat verib. Xalq artistləri Arif Babayev, Rauf Babayev, Azərpaşa Nemətov, Ağacəbrayıl Abbasəliyev bəstəkarla bağlı müxtəlif maraqlı xatirələrini danışıblar. Tədbir Musiqi Kollecinin tələbələrinin ifasında konsert proqramı ilə davam etdirilib. Müxtəlif solo ifalarda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib. Konsertin sonunda yubilyar səhnəyə çıxaraq əməkdar artist Anar Şuşalı ilə birlikdə mahnılarından birini ifa edib. Sonda yubiliyar çıxış edərək Musiqi Kollecinin tədbir iştirakçılarına, maraqlı proqramla çıxış edən ifaçılara minnətdarlığını bildirərək, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı naminə bundan sonra da var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında VII sinif üzrə elektron dərsliklər yerləşdirilib.

Hazırda portalda ümumilikdə 20 elektron dərslik var. Artıq istifadəçilər VII sinif üzrə elektron dərslikləri də portaldan epub, oflayn və onlayn formatda yükləyə bilərlər. Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 16591, o cümlədən Bakı şəhəri üzrə 5199, Sumqayıt şəhəri üzrə 1275, Gəncə şəhəri üzrə 567 nəfərdir. Aşağıdakı cədvəldə fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikası əksini tapıb:     S Dərsliyin adı E-pub Oflayn Onlayn Cəmi 1 Biologiya 6-cı sinif 450 472 1446 2368 2 Azərbaycan dili 6-cı sinif 535 565 1832 2932 3 Fizika 6-cı sinif 227 210 677 1114 4 Coğrafiya 6-cı sinif 169 227 660 1056 5 Azərbaycan tarixi 6-cı sinif 293 322 808 1423 6 Ümumi tarix 6-cı sinif 177 175 549 901 7 Həyat bilgisi 6-cı sinif 98 113 364 575 8 İngilis dili 6-cı sinif 309 379 1169 1857 9 Riyaziyyat 6-cı sinif 475 446 1506 2427 10 İnformatika 6-cı sinif 91 82 322 495 11 İnformatika 7-ci sinif 22 12 41 75 12 Həyat bilgisi 7-ci sinif 18 21 51 90 13 Coğrafiya 7-ci sinif 31 43 89 163 14 Biologiya 7-ci sinif 24 21 98 143 15 Fizika 7-ci sinif 22 29 87 138 16 Riyaziyyat 7-ci sinif 47 76 163 286 17 Ədəbiyyat 7-ci sinif 13 13 83 109 18 Azərbaycan dili 7-ci sinif 29 28 111 168 19 Kimya 7-ci sinif 15 24 106 145 20 Azərbaycan tarixi 7-ci sinif 15 31 80 126   Cədvələ əsasən, daha çox VI sinif üzrə Azərbaycan dili (2932), riyaziyyat (2427), biologiya (2368) və ingilis dili (1857) dərsliklərindən istifadə olunub. 10242 nəfər (62 faiz) istifadəçi onlayn, 3289 nəfər (20 faiz) oflayn, 3060 nəfər isə (18 faiz) epub formatda elektron dərsliklərdən yararlanıb. Qeyd edək ki, cari ilin sonuna qədər II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik də portalda yerləşdiriləcək.

Son 2 ildə Təhsil Nazirliyinin tabeliyində olan xüsusi internat məktəblərində maddi-texniki bazanın yenidən qurulması, tədrisin yaxşılaşdırılması, təchizat və qidalanmanın təşkilində bir çox yeniliklər edilib.

Dövlətimizin bu sahəyə olan diqqət və qayğısı, Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internatların bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra tamamilə yeni görkəm alıb. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanması nəzərdə tutulur.  İnternatlar üçün müasir avtobuslar alınaraq, uşaqların həmin nəqliyyat vasitələri ilə Bakı şəhərində, eləcə də bölgələrdə yerləşən tarixi abidə və muzeylərə ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur. Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb, yeməklər xəstəliyin tipinə uyğun menyular üzrə hazırlanır. Eləcə də internat məktəblərinin avadanlıq, geyim və digər resurslarla təchizatı sifarişlərə uyğun olaraq tam yerinə yetirilir. Qeyd olunmalıdır ki, son vaxtlarda mediada adı çox hallandırılan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində də yuxarıda sadalanan tədbirlər çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri baş verib. Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib. Bu tədbirlər kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini “uşaq müdafiəçiləri” hesab edən himayədarlarının qəzəbinə səbəb olub. Bu iki qrupun iş birliyi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır. Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur. Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib. Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışmışdır. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil etmişdir. Bu və digər antipedaqoji hərəkətlərinə görə, o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün “sensasiyalı” video portallarda yerləşdirilib və “uşaq müdafiəçiləri” kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər. Təhsil Nazirliyi tərəfindən internatın fəaliyyətində pozuntuların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq iş aparılır. Lakin, burada bir neçə məqam xüsusi maraq doğurur - əgər internat məktəbində illərlə pozuntular davam edirdisə, onda bu “uşaq əzabkeşləri” harada idilər? İkincisi isə ondan ibarətdir ki, bir çox hallarda “uşaq müdafiəçiləri” uşaqlara valideynlərindən daha çox “can yandırırlar”. Bu həm cari ilin mayında, həm də bu günlərdə baş verən analoji hallarda aydın görünür. Əfsuslar olsun ki, bir çox hallarda media məkanında obyektivlik prinsipi gözlənilmir, çalışdığı kollektivdə əmək qanunvericiliyini pozan və buna görə də cəzalandırılan insanlar “qəhrəman” statusunda manşet xəbər olur. Bütün bunlarla yanaşı, Təhsil Nazirliyinə ilk müraciət əsasında, bir çox hallarda da nazirliyin təşkilatçılığı ilə media təmsilçiləri həmin məktəbdə olub, ətraflı müşahidə və təhlil apara biliblər. Ölkə mediasının 30-dan çox təmsilçisinin iştirakı ilə bu ilin yayında 11 nömrəli internat məktəbinə təşkil olunan media-turda jurnalistlər təxminən iki saat ərzində məktəbdə baş verən bütün proseslə yerindəcə tanış olub, şagirdlərlə birlikdə nahar edib, onların asudə vaxtlarını necə keçirdiklərini öz gözləri ilə görüblər. Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bütün təhsil müəssisələrində, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qanun pozuntusu hallarına qarşı mübarizə hər hansı bir təzyiq və toxunulan maraqlara baxmayaraq bundan sonra da davam etdiriləcəkdir.

Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib.

“BP-Azerbaijan” şirkətinin yeni təşəbbüsü Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın yuxarı sinif şagirdini əhatə edib. Yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdlərinin cəlb olunduğu təşəbbüs “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilib. Təşəbbüs çərçivəsində məktəblilərə gələcək karyera istiqamətlərini seçməkdə kömək etmək məqsədilə bir sıra seminarlar keçirilib. Seminarlarda iştirakçılara peşəkar mühəndislərdən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat almaq, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlar barədə məlumat əldə etmək üçün əlverişli şərait yaradılıb. Seminarların proqramı mühəndislik ixtisasları üzrə təqdimatlar, BP-nin təcrübəli mühəndislərinin karyeraları ilə bağlı maraqlı söhbətlər, interaktiv simulyasiya oyunları, habelə iştirakçılar üçün xüsusi tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarət olub. Seminarlar başa çatdıqdan sonra bütün iştirakçılara şəhadətnamələr, ən uğurlu şagirdlərə isə mükafatlar təqdim edilib.

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Zəngin təbii ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Prezidentin sərəncam və tapşırıqlarına uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Hökumət ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı müvafiq proqram qəbul edib. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. Yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Bakı Oksford məktəbidir. Məktəbin yeni binasında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir. Məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi ki, təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunub. Altımərtəbəli binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Bakı Oksford məktəbinin həyətində təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı Bakı Oksford məktəbi ilə tanış oldu. Məktəbin birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeydəki fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bildirildi ki, məktəbdə təhsil dörd mərhələ üzrə keçirilir. “Məktəbə hazırlıq” mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab fənlərindən ilk biliklərə yiyələnirlər. Şagirdlər incəsənətə də xüsusi maraq göstərirlər. Bu baxımdan məktəbdə bir neçə “ART studio” fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarından olan şagirdlər yaradıcılıq potensialını həyata keçirə bilirlər. Təhsil ocağında tez-tez incəsənət sərgiləri keçirilir və şagirdlərin əl işləri nümayiş olunur. Növbəti, “İbtidai siniflər” mərhələsi isə 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir. Bu mərhələni bitirdikdə şagirdlər “Cambridge Chekpoint Primary” imtahanlarını verirlər. Məktəbdə aşağı yaş qrupları üçün kitabxana fəaliyyət göstərir. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Üçüncü mərhələ isə “Orta məktəb”dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən “Cambridge Chekpoint Primary” imtahanları verirlər. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Məktəbdə yuxarı sinif şagirdləri üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Şagirdlər burada qədim el sənətlərinin də sirlərini öyrənə biləcəklər. Prezident İlham Əliyevə məlumat verildi ki, sonuncu mərhələ olan “Tam orta məktəb” isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş imtahanları verərkən Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar. Məktəbdə informatika kabinetləri, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Bu təhsil ocağında hər cür şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı qurulub. Bildirildi ki, hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir. Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var. Dövlətimizin başçısının gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir filialı fəaliyyətə başlayıb. Hazırda orada 220 şagird təhsil alır. Filialda Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Tovuz, Qazax və digər ətraf rayonlardan gələn şagirdlərə ən yüksək səviyyədə təhsil verilir. 2013-cü ildə isə hər cür şəraiti olan “Campus” binası inşa edilib. Bildirildi ki, Bakı Oksford məktəbində şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, ev tapşırıqları haqda operativ-interaktiv məlumat əldə etməyə imkan verir. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib. Məktəb fəaliyyətə başladığı gündən bir sıra nailiyyətlər əldə edib. Təhsildəki uğurlarına və yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa görə məktəb “Cambridge Checkpoint”, “İGCSE” proqramlarının tədrisi, imtahanların keçirilməsi və Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu qazanıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət mükafatına layiq görülüb. Hazırda Bakı Oksford məktəbi məzunlarına “İGCSE”, “A-LEVEL” sertifikatı və Azərbaycan Milli Sertifikatını verir. Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri görülüb. Bakı Oksford məktəbinin yeni binasının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bunlar ilk növbədə, şagirdlərin elmlərin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.    AzərTAc

Noyabrın 26-da Təhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” haqqında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terje İngebretsen imzalayıblar. Memorandumun imzalanmasında məqsəd Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdən ibarətdir. “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” layihəsinin prioritet istiqamətləri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir. Layihə çərçivəsində həmçinin müvafiq qurumlar, ilk peşə-ixtisas təhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrinin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üzrə silsilə tədbirlər də həyata keçiriləcək. Qeyd edək ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim–tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqənin birinci mərhələsi başa çatıb.

17-24 noyabr 2014-cü il tarixlərində 532 nəfər bakuedu.az saytında elektron ərizə ilə qeydiyyatdan keçib. İkinci mərhələdə qeydiyyatdan keçən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər üçüncü mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəklər. Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və ya vakant yerlər olmadığı təqdirdə, namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanacaqdır. Yeni vakansiyalar yarandığı halda, bu namizədlərin işlə təmin olunması nəzərdə tutulur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı