SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinqin növbəti oyunu keçirilib.
Oyun 2 seçim və 2 final görüşündən ibarət olub. İlk seçim görüşündə “Naxçıvan” və “NUR” (Bakı) komandaları qarşılaşıblar. “NUR” (Bakı) böyük hesabla qələbə çalıb.
İkinci seçim görüşü “NORM Sement” və “Romantik” komandaları arasında baş tutub və “Romantik”in qələbəsi ilə başa çatıb.
Final görüşlərində “NUR” (Bakı) və “Romantik” mübarizə aparıblar. Bərabər şəraitdə keçən görüşlərdə əvvəlcə “Romantik” (5:3), sonra isə “NUR” (Bakı) (5:4) üstün olub. Buna görə də əlavə suala ehtiyac yaranıb və suala düzgün cavab verən “Romantik” ayın finalına çıxıb.
Bu ayın birinciliyi uğrunda oyun noyabrın 30-da keçiriləcək. Həmin oyunda noyabr ayında keçirilən oyunların qalibləri iştirak edəcək və birinci yerə çıxan komanda “Bilik Kuboku”nun finalında oynayacaq. Final görüşünün dekabrın 14-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku”nu qazanmaq üçün ölkənin 15 bölgəsindən 30 komanda mübarizə aparır. Sentyabrın 7-də start götürmüş yarışmanın sentyabr və oktyabr ayları üzrə qalibləri artıq müəyyənləşib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl