SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil” Respublika İdman Mərkəzinin kişi və qadınlardan ibarət komandaları stolüstü tennis üzrə Azərbaycan Kubokunda yüksək nəticələr qazanıblar.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışda 70-ə yaxın idmançı iştirak edib. Yarışın məqsədi Avropa və dünya çempionatlarında iştirak edəcək yığma komanda üzvlərinin müəyyən edilməsi, eləcə də gənclərin stolüstü tennisə marağının artırılmasından ibarətdir. Yarışda kişilərdən ibarət komandalar arasında 1-ci yeri “Təhsil” Respublika İdman Mərkəzi, 2-ci yeri Bakı Tennis Məktəbi, 3-cü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı tutub. Qadınların komanda yarışlarında isə “Təhsil” RİM-in Sumqayıt filialının yetirmələri III yerə layiq görülüblər. “Təhsil” RİM-in idmançıları fərdi yarışlarda da uğurla çıxış ediblər. Mərkəzin nümayəndəsi Fərhad İsmayılov kişilər arasında fərdi yarışların qalibi olub, digər tennisçi Ramil Cəfərov isə II yeri tutub. Yarışın qaliblərinə kubok, diplom və hədiyyələr təqdim edilib.
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzinin həndbol üzrə oğlanlardan və qızlardan ibarət yığma komandaları Rusiyanın Həştərxan vilayətində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edib.
Əməkdar məşqçi Vladimir Qladçenkonun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında həndbol yarışında Azərbaycan, Belarus və Rusiya Federasiyasının müxtəlif vilayətlərindən dəvət olunmuş 6 komanda mübarizə aparıb. Gərgin keçən mübarizədə “Təhsil” Respublika İdman Mərkəzinin həndbol üzrə oğlanlardan ibarət yığma komandası II yeri, qızlardan ibarət komandası isə III yeri tutub. Beynəlxalq turnirin qaliblərinə kubok və diplomlar təqdim edilib.
08/07/2015 16:52
Startap : uğurlu başlanğıc, yoxsa...
08/07/2015 16:52
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” adlı yeni layihənin icrasına başlanılıb.
Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində 12 fakültənin komandası iştirak edir. Hər komandada 5 nəfər təmsil olunur. Komandalar Azərbaycanın müxtəlif yönümlü sənaye sahələrini araşdıracaq və geniş təqdimat hazırlayacaqlar. Daha sonra tələbələr araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı layihə təqdim edəcəklər. Dörd mərhələdən ibarət layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar təqdim ediləcək.
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzinin futbol üzrə yığma komandası beynəlxalq turnirdə yüksək nəticə əldə edib.
Acarıstan Futbol Federasiyası tərəfindən Batumi şəhərində 12-13 yaşlı yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 6 ölkə təmsil olunub. 8 gün davam edən, 12 komandanın iştirak etdiyi turnirdə Azərbaycan nümayəndələri - futbol üzrə “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan ibarət yığma komandası turniri II yerdə başa vurub. Qaliblərə kubok və diplomlar təqdim edilib.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb.
Əmrə əsasən, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Bu proses Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun həyata keçirilir. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmalıdırlar. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması, ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması, təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi, bir sıra sorğularda ümumtəhsil məktəbi haqqında müsbət rəylərin irəli sürülməsi kimi şərtlər üstünlük təşkil edir. Ümumtəhsil məktəblərinə veriləcək mükafatların xərclənməsi istiqamətləri də əvvəlcədən göstərilir. Bu istiqamətlər laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi, inkişafyönümlü layihə və proqramların hazırlanması, elektron tədris vəsaitlərinin, elmi-metodik ədəbiyyatların alınması, innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkilindən ibarətdir. “Ən yaxşı müəllim” müsabiqənin keçirilməsində başlıca məqsəd isə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır. 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytən Sadıqova İsveçin Malmö Universitetində mühazirə oxuyub.
Erasmus Mundus EMINENCE (Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiya) layihəsi çərçivəsində təşkil olunmuş mühazirə maraqla qarşılanıb. A.Sadıqova bu ölkədə Qafqazdan olan tələbələr üçün Azərbaycan dilinin öyrənilməsi üzrə onlayn seminarlar keçirib. “Qafqaz ölkələrinin əlifbaları” mövzusunda seminarda Azərbaycan əlifbası barədə ətraflı fikirlər səsləndirilib və tələbələrin sualları cavablandırılıb. AzTU-nun əməkdaşı Malmö Universitetinin tələbələrinə ölkəmizin müasir inkişafı, əldə olunmuş nailiyyətlər və təmsil etdiyi universitet haqqında da məlumat verib.
08/07/2015 16:52
Cari dərs ilində ölkəmizin ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb.
Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır. Eyni zamanda ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədi ilə yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır. Qeyd edək ki, son illərdə yenidənhazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb. Hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədi ilə kadrların yenidənhazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir. Pedaqoji profilli ixtisaslar üzrə yenidənhazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.
08/07/2015 16:52
Türkiyə Respublikasının milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr 2014-cü il tarixlərində Azərbaycanda səfərdə olub.
Səfər çərçivəsində ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb. İlk öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı kompleksini və Türk Şəhidliyini ziyarət ediblər. Daha sonra nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb. Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış edib.
08/07/2015 16:52
Oktyabrın 30-da Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini vurğulayıb. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahəyə verilən önəmi bir daha bariz şəkildə nümayiş etdirir. Bu sənəd təhsilimizin qarşısında duran əsas çağırışları müəyyən edir, bir çox vacib hədəflər üzrə islahatlara zəmin yaradır, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir. Nazir bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli perspektiv inkişafını tələb edir. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi işəgötürənlərlə ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdirildiyini xatırladıb. Müxtəlif ali təhsil müəssisələrində sahibkarların iştirakı ilə məzunlar üçün əmək yarmarkalarının keçirilməsi, peşə ixtisas təhsili müəssisələrində tədrisə sahibkarların cəlb olunması, tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir. “Müasir Azərbaycan Peşəkarları” layihəsini xatırladan Mikayıl Cabbarov bildirib ki, bu layihə çərçivəsində peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislər əmək bazarındakı tələbata uyğunluğu ilə seçilir. Belə mütəxəssislərin 75 faizindən çoxu tədrisi başa vuran kimi ixtisasına uyğun iş yeri tapır. Bu isə yeni tədris metodlarının işəgötürənlərin gözləntilərinə uyğun olduğunu göstərir. Nazir bildirib ki, müasir dövrdə tədrisin mövcud əmək bazarının tələblərinə uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq obyektlərinin yüksək səviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacıbdır. Sahibkarlar onlara hansı keyfiyyətlərə malik kadrların gərək olduğunu birbaşa tədris müəssisələrinə sifarış edir, təhsilalanların müvafiq tələblərə uyğun formalaşmasına istiqamət verir. Eyni zamanda, tələbələrin təcrübəyə cəlb olunmasına sahibkarların dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dünya əmək bazarına uyğun, əcnəbi mütəxəssislərdən geri qalmayan rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması müasir təcrübi biliklərin səviyyəsindən asılıdır. Nazir sahibkarlara biznesin starteji hədəflərini müəyyənləşdirərkən kadr ehtiyatının hazırlanması işini unutmamağı tövsiyə edib. Tələbələrin innovativ ideyalarının dəstəklənməsi, xüsusi təqaüdlərin təsis edilməsi gələcəyin praqmatik düşüncəli mütəxəssislərinin hazırlanmasına verilən ən böyük töhfədir. Mikayıl Cabbarov ASK-nın ali təhsil müəssisələrində biznes-inkubatorların yaradılması layihəsinə dəstək verəcəyinə əminliyini vurğulayıb. ASK-nın prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın vəziyyəti və nazirliklə adı çəkilən qurum arasında imzalanan Memorandumun əhəmiyyətindən danışıb. Məmməd Musayev savadlı gənclər hesabına kadr ehtiyatının yaradılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. Çıxışlardan sonra təhsil naziri Mikayıl Cabbarov və ASK-nın prezidenti Məmməd Musayev Memorandumu imzalayıblar. Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur. Tərəflər arasındakı razılaşmaya əsasən, ASK-nın təhsil və peşə təhsili komissiyalarının tərkibinə Təhsil Nazirliyinin nümayəndəsi də daxil edilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı