• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytən Sadıqova İsveçin Malmö Universitetində mühazirə oxuyub.

Erasmus Mundus EMINENCE (Ali Təhsildə Əməkdaşlıq vasitəsilə Qonşu Şərq Ölkələrinə İnteqrasiya) layihəsi çərçivəsində təşkil olunmuş mühazirə maraqla qarşılanıb.
A.Sadıqova bu ölkədə Qafqazdan olan tələbələr üçün Azərbaycan dilinin öyrənilməsi üzrə onlayn seminarlar keçirib. “Qafqaz ölkələrinin əlifbaları” mövzusunda seminarda Azərbaycan əlifbası barədə ətraflı fikirlər səsləndirilib və tələbələrin sualları cavablandırılıb.
AzTU-nun əməkdaşı Malmö Universitetinin tələbələrinə ölkəmizin müasir inkişafı, əldə olunmuş nailiyyətlər və təmsil etdiyi universitet haqqında da məlumat verib.


10 il əvvəl